Dünya

Gürcüstanda olan rusiyalı turistlərin sayı açıqlanıb

Gürcüstanda olan rusiyalı turistlərin sayı açıqlanıb. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Turoperatorları Assosiasiyasının icraçı direktoru Maya Lomidze məlumat verib. Onun sözlərinə görə, turoperatorlar tərəfindən Rusiyadan Gürcüstana gedən turistlərin sayı 5-7 min nəfərə yaxındır: “Bizdə olan ilkin qiymətləndirmələrə əsasən, bu rəqəm turist kompaniyalarının müştəriləri olan turistlərdir. Bundan başqa, sərbəst olaraq Gürcüstana gedən […]

Dünya

Rusiya aviaşirkətləri Gürcüstana bilet satışını dayandırıb

Rusiya hava yolları iyulun 8-dək Gürcüstan istiqamətində sərnişin daşımalara bilet satışını dayandırıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə “Smart”, “Pobeda”, “Red Drive” və “This 7” aviaşirkətləri artıq Gürcüstan istiqamətində bilet satışı icra etmirlər. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Gürcüstan istiqamətində uçuşların iyulun 8-dək dayandırılması haqqında fərman imzalayıb.

Dünya

Gürcüstan polisi aksiyalarda “Molotov kokteyli” atmağı planlaşdıran şəxsi saxlayıb

Gürcüstan DİN-in əməkdaşları Tbilisidə parlament binası qarşısındakı mitinqdə “Molotov kokteyli” atmağa hazırlaşan 70 yaşlı kişini saxlayıb. Xeberal “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu qurumun nümayəndəsi Mamuka Çelidze məlumat bildirib. “Hüquq-mühafizə orqanlarının əməkdaşları 70 yaşlı kişinin yaşadığı evdən 12 ədəd şüşə qabda hazırlanmış “Molotov kokteyli” və onun hazırlanması üçün lazım olan materiallar götürüb. Polis onu […]

Dünya

Gürcüstan DİN etirazçılara xəbərdarlıq etdi

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) parlament qarşısında keçirilən aksiya iştirakçılarını qanun pozuntuları və zorakılığı dayandırmağa çağırıb. Unikal.org  xəbər verir ki, bu barədə DİN-in yaydığı müraciətdə deyilir. Nazirlik etirazçıları vəziyyəti gərginləşdirməməyə və parlament ərazisini tərk etməyə çağırıb. Əks halda polis qanunla nəzərdə tutulmuş vasitələrdən istifadə edəcək.

Dünya

Tokioda hərbi vertolyot qəzaya uğradı

251Yaponiya quru qoşunlarına məxsus çoxhədəfli “UH-1” vertolyotu cümə günü Tokionun qərbində yerləşən Tatikava prefekturasının aerodromuna eniş edən zaman qəzaya uğrayıb. Xeberal.az TASS-a istinadən xəbər verir ki, helikopterin göyərtəsində iki nəfər olub və onlardan heç kim xəsarət almayıb. NHK telekanalının məlumatına görə, yerə çırpılan zaman vertolyotun quyruq hissəsi qoparaq kənara düşüb.

Dünya

Salome Zurabaşvili Tbilisidə baş verən etiraz aksiyalarında Rusiyanı günahlandırıb

Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisidə baş verən etiraz aksiyalarında Rusiyanı günahlandırıb. APA-nın məlumatına görə, bu barədə o, “facebook” səhifəsində yazıb. O bildirib ki, Rusiya Gürcüstan daxilində qarşıdurmanın baş verməsində maraqlıdır. Həmçinin Belarus mətbuatı S Zurabaşvilinin bu ölkəyə rəsmi səfərini yarımçıq qoyaraq Gürcüstana qayıtdığını yazır. Xatırladaq ki, ötən gün Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş […]

Dünya

ABŞ İranın hava məkanından uçuşları qadağan edib

ABŞ-ın Federal Aviasiya Administrasiyası İranın hava məkanından uçuşları qadağan edib. APA-nın məlumatına görə, bu barədə CNBC kanalı məlumat yayıb. Bildirilir ki, qurum bölgədə baş verən gərginliklə əlaqədar Hörmüz boğazı və Oman körfəzinin İran tərəfindən idarə olunan hissəsinə düşən hava məkanından uçuşları qadağan etməyə dair fövqəladə əmr imzalayıb. Qeyd olunur ki, İran tərəfdən ABŞ-a məxsus uçuş […]

Dünya

Aparıcı Tamilla Abdullayeva qəzada öldü

Rusiyanın Mahaçqala şəhərində dağıstanlı aparıcı Tamilla Abdullayeva avtomobil qəzası nəticəsində həyatını itirib. XəbərAl.az xəbər verir ki, bu haqda onun həmkarı Natalya Poreskaya instaqram hesabında yazıb. Hadisə şahidinin “RİA Novosti”yə verdiyi məlumata görə, qadın jurnalist hadisə yerində vəfat edib: “O, öz həmkarı ilə bir yerdə idi. Zərbə ona dəyib. Həmkarı bir az xəsarət alıb. Sükan arxasında […]

Dünya

Misirdə 2 rahibə edam cəzası verildi

Misirin Natron Makaryos kilsəsinin Baş yepiskopu Əziz Epfaniyosun qətli ilə bağlı davam etdirilən məhkəmə işində Faltaus Makari və İşaya Makari adlı 2 rahibə edam cəzası verilib. XəbərAl.az  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qərar bu gün Demenhur Cəza Məhkəməsi tərəfindən verilib. Qərarın nə zaman icra ediləcəyi açıqlanmayıb.