Dünya

ÜST koronavirusla mübarizəyə vəsait toplamaq üçün fond yaratdı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə ianələr toplamaq üçün Həmrəylik Fondunun (Solidarity Response Fund) yaradıldığını elan edib. Bu barədə təşkilatın saytında məlumat yerləşdirilib. Bildirilir ki, fond xəstəliklə qlobal mübarizədə yaxından iştirak etmək üçün dünyanın istənilən yerində olan fiziki şəxs, korporasiya və müəssisələrə bir araya gəlməyə imkan verəcək. Toplanan vəsaitlər bütün ölkələrə, xüsusilə də risk altında olanlara böhrana hazır olmağa […]

Dünya

Yunanıstan hökuməti əhalini evdən çıxmamağa çağırdı

Yunanınstanda koronavirus səbəbindən üçünçü ölüm hadisəsi baş verib. “Haber Global”ın məlumatına görə, bu barədə Yunanıstanın Səhiyyə idarəsindən açıqlama verilib. Ölən şəxslər 62, 67 və 92 yaşında olublar. Yunanıstanın Baş naziri Kiryakos Miçotakis televiza vasitəsi ilə verdiyi açıqlamada ölkəni koronavirusla bağlı çətin günlər gözlədiyini bildirib. Səhiyyə qurumları isə əhalini məcbur olmadıqları təqdirdə evlərindən çıxmamağa çağırıb.

Dünya

Rusiyada DİN polkovniki intihar edib

Rusiyanın Naryan-Mar şəhərində (Yamalo-Nenets muxtar dairəsi) regional narkotiklərə nəzarət şöbəsinin müdiri, Rusiya Daxili İşlər Nazirliyinin polkovniki Yevgeni Solonoviç intihar edib. Bu barədə “Podyom” “Telegram” kanalı məlumat yayıb. Bildirilir ki, polkovnik öz mənzilində ölü tapılıb. Kanalın məlumatına görə, polisin intiharı bir müddət əvvəl narkotik satışı ilə bağlı saxlanılan yerli klubun sahibi ilə əlaqəli ola bilər. İstintaq tutulan […]

Dünya

Bağçada azyaşlıya təcavüz etmək istədilər

Rusiyanın Omsk vilayətində bağçada azyaşlıya təcavüzə cəhd olunub. MK-nın xəbərinə görə, bu barədə beş yaşlı qızın anası polisə müraciət edib. O bildirib ki, bağçaya dəvət edilən fotoqraf kişi qızına qarşı seksual xarakterli hərəkətlər edib. Araşdırma zamanı həmin şəxsin kimliyi müəyyənləşdirilib. Onun 41 yaşlı Omsk sakini olduğu məlum olub. Həmin şəxs istintaqa cəlb edilib. Faktla bağlı bağçadakı […]

Dünya

Təcili yardım çağırışına qoruyucu geyimdə gələn tibb işçiləri döyüldü

Rusiyanın Moskva şəhərində təcili yardım çağırışına gələn tibb işçiləri döyülüb. Gazeta.ru-nun xəbərinə görə, pnevmaniyası olan uşağa təcili yardım çağırılıb. Tibb işçiləri çağırış yerinə qoruyucu geyimdə gəliblər. Bundan qəzəblənən uşağın atası onları döyüb. Nəticədə, onların birinin burnu sınıb və kəllə-beyin travması alıb. Hazırda hadisənin təfərrüatı aydınlaşdırılır.

Dünya

Türkiyə parlamentində deputatlar əlbəyaxa oldular

Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında insident yaşanıb. “CNN TÜRK” xəbər verir ki, deputatlar əlbəyaxa olublar. Belə ki, Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Engin Özkoçun çıxışı Ədalət və İnkişaf Partiyasından (AKP) olan həmkarlarının xoşuna gəlməyib. AKP-li deputatların etirazından sonra iclasa fasilə verilib. Fasilə zamanı isə AKP və CHP-dən olan deputatlar əlbəyaxa olublar. Ankara Prokurorluğu […]

Dünya

Biznesmenləri qaçırıb zorladılar, sonra şantaj elədilər – VİDEO

Rusiyada biznesmenləri oğurlayıb zorlayan, sonra isə kompromat video ilə şantaj edərək pul tələb edən cinayətkar dəstə saxlanılıb. Lenta.ru-nun məlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidmətindən məlumat verilib. Hazırda cinayət işi ittiham aktının təsdiqlənməsi üçün prokurorluğa göndərilib, bundan sonra materiallar mahiyyəti üzrə baxılması üçün məhkəməyə təqdim ediləcək. İstintaqın versiyasına görə, cinayətkar qrupa 28 […]

Dünya

Ata gecə həyatı yaşayan qızını öldürdü – FOTO

Avstraliyada ata mübahisə zamanı qızını bıçaqlayaraq öldürüb. Sondakika.com-un xəbərinə görə, Adelaida şəhərində 49 yaşlı Petrit Lekaj 20 yaşlı qızı Sabrina Lekajla gecə həyatı ilə bağlı mübahisə edib. P. Lekaj mətbəx bıçağı götürərək qızını avtomobili ilə aparıb. Yolda onların mübahisəsi davaya çevrilib və Lekaj 8 bıçaq zərbəsi ilə qızını öldürüb. Məhkəmədə o bildirib ki, məqsədi qızını narkotikdən uzaqlaşdırmaq və […]