Ana Səhfə

Sobaya neft tökən qadın yanaraq can verdi…BAKIDA DƏHŞƏT

Bakıda qadın ehtiyatsızlıqdan yanaraq ölüb. XəbərAl.az  Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.   Qəsəbə sakini, 1952-ci il təvəllüdlü Quliyeva Bənövşə Xalıqverdi qızı yaşadığı evin həyətində dəmirdən olan odun sobasını yandırmaq üçün sobaya ağ neft töküb. Qadın sobanı yandırarkən əlindəki neft qabı da alışıb və qadının üzərinə tökülüb. Qadın aldığı […]

Ana Səhfə

Televiziya binasına hücum: 5 maskalı şəxs…

Qəzza zolağında naməlum şəxslər Fələstin Yayım Şirkətinin (PBC) mərkəzi binasına hücum edib.   XəbərAl.az xəbər verir ki, 5 maskalı kişinin soyuq silahlarla Tal Əl-Hava məhəlləsində yerləşən mərkəzi binada rabitə cizahlarını, kameraları, kompyuterləri və digər cihazları qırdığı məlum olub. Hücumda Fələstin rəhbəri Mahmud Abbas və keçmiş lider Yasir Ərəfatın da portertlərinin məhv edildiyi bildirilib. Fələstinin İnformasiya Nazirliyi […]

Ana Səhfə

Ər və arvada hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluğa cəhd etməkdə təqsirləndirilən ər-arvad – Qadir Tağıyev və Sevgül Əmirxanovaya hökm oxunub. XəbərAl.az-ın  verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Q.Tağıyev 10 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq zamanı azadlıqda qalan S.Əmirxanovaya şərti cəza verilib və o, sərbəst qalıb. İttihama görə, Q.Tağıyev və həyat yoldaşı […]

Ana Səhfə

Beyləqanın icra başçısı Heydər Əliyev parkını hissə-hissə satır….FOTO/VIDEO

“Beyləqan şəhərində Ulu Öndər Heydər Əliyev adına olan park hissə-hissə satılır. İllərdən bəri əkilmiş nadir ağaclar Beyləqan vətəndaşlarının gözü qarşısında məhv edilir”, – virtualaz.org-un redaksiyasına Beyləqan sakinləri adından daxil olmuş məktubda belə deyilir. Məktub müəlliflərinin sözlərinə görə, Beyləqan rayon İcra Hakimiyyəti başçısının 21 may 2001-ci il tarixli 18 nömrəli sərəncamına əsasən, sonradan Heydər Əliyevin adı verilmiş […]

Ana Səhfə

Bakı Baş Gömrük İdarəsində sahibkarlara necə maneələr yaradılır? – İş adamı danışır – VİDEO

Bakı Baş Gömrük İdarəsində sahibkarlar üçün süni maneələr yaradılır.   Bu barədə XəbərAl.az yeniavaz.com-a istinadən xəbər verir ki,Türkiyədə fəaliyyət göstərən azərbaycanlı sahibkar Adil Haqverdiyev məlumat verib. Azərbaycanlı sahibkarın sözlərinə görə, 2015-ci ildə Türkiyədə quruqları şirkət vasitəsilə dünyanın 4 ölkəsinə mebel ixrac edirlər: “Son zamanlar Azərbaycanda ölkə rəhbərliyi səviyyəsində sahibkarlığın inkişafına göstərilən dəstəyi, xüsusən də cənab prezidentin […]

Ana Səhfə

DTX Azərbaycana qarşı dərin kəşfiyyat-casusluq işini ifşa etdi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycanda kəşfiyyat fəaliyyətinin təsbit edilməsi və qarşısının alınması istiqamətində intensiv araşdırmalar davam edir. Qurumdan verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları nümayəndələrinin illər ərzində Azərbaycanda çoxmərhələli kəşfiyyat işi, bununla əlaqədar qonşu ölkələrin ərazisində məxfi görüşlərin […]

Ana Səhfə

Mehman Hüseynov leytenantı yaraladı – daha bir cinayət işi açıldı

Dekabrın 26-da 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. XəbərAl.az xəbər verir ki, Bu […]

Ana Səhfə

“Əl-ayağı üstündə olan, sağ-salamat adama niyə pul verək ki, get, xərclə!” – Hadi Rəcəbli

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ilə müsahibəmiz nəhayət, baş tutdu. Məsələ burasındadır ki, hər dəfə müsahibə istəyimə sosial şəbəkədə, ayrı-ayrı media orqanlarında barəsində yer alan iddiaları, hətta təhqiramiz fikirləri əsas gətirərək yarı zarafat, yarı gerçək “həmkarlarım olsanız da, siz jurnalistlərlə danışmağa ehtiyat edirəm” deyirdi. Dediklərinin olduğu kimi dərc olunacağını əmin […]

Ana Səhfə Gündəm

Hicran Hüseynovanın müavininə görə camaat küçələrə çıxaraq aksıya keçirdi – FOTOLAR

Bir neçə gün öncə vətəndaş Ziya Əliyev Fəxrəddin oğlu video müsahibəsində Şirvanın keçmiş icra başçısı, hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın müavini olan Sədaqət Qəhrəmanovanın halal əmlakını qəsb etdiyini, ziyana saldığını, bu azmış kimi, məhkəmənin ona cərimə ödətdiyini, barəsində cinayət işi açdırdığını, bütün bu qərarların onun sifarişi ilə icra […]