Ana Səhfə

Şou-biznesin simic müğənniləri

“X maqazin” şou-biznes nümayəndələri arasında sorğu aparıb. Onlar məşhurlarda “Müğənnilər arasında ən simic ulduz kimdir” sualını ünvanlayıb. XəbərAl.az tanınmışların cavabını təqdim edir: Fatimə Fətəliyeva ən simic ifaçının Rüfət Axundov olduğunu deyib: “Yaxşı başı var, ondan öyrənmək lazımdır”. Murad Arifin fikrincə ən simic müğənni toyu çox olandır: “Kim Allahın hər günü toylardadır, illərnən oxuyur yığır, ilə nə klip […]

Ana Səhfə

“Nar” sosial şəbəkələrdən abunəçilərinə operativ müştəri xidmətləri göstərir

Ölkənin ən gənc mobil operatoru olan “Nar” abunəçilərinə Çağrı Mərkəzləri, nar.az internet səhifəsi ilə yanaşı, sosial media vasitəsilə də yüksəkkeyfiyyətli və operativ müştəri xidmətləri göstərməkdə davam edir. Belə ki, sosial şəbəkələr vasitəsilə daxil olan müraciətlərin 30%-ə qədəri 1 dəqiqə, 60%-ə qədəri isə 10 dəqiqə ərzində cavablandırılır. Ümumilikdə, “Nar”-ın bütün sosial şəbəkələrindən daxil olan sorğularına ortalama […]

Ana Səhfə

Özünü güllələyib öldürdü

Goranboyda intihar hadisəsi baş verib.  XəbərAl.az-ın  verdiyi məlumata görə, rayonun Şəfəq kənd sakini, 1972-ci il təvəllüdlü Qurbanov Rövşən Ənvər oğlu tövlədə ov tüfəngi ilə özünə atəş açaraq intihar edib. Onun hansı səbəbdən canına qıydığı hələ ki, məlum deyil. Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.

Ana Səhfə

Prezidentin vəzifə verdiyi diplomat kimdir? FOTOLAR

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinə Fərid Şəfiyevi sədr təyin edib. XəbərAl.az xəbər verir ki,  F. Şəfiyev 1969-cu ildə Bakı şəhərində anadan olub. 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 2002-2003-cü illərdə Harvard Universiteti, Kennedi Dövlət Məktəbinin dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib. 2009-2015-ci illərdə Karlton Universitetində tarix […]

Ana Səhfə

Rəqsanənin qızı hamam otağından olan görüntüləri ilə gündəmdə – VİDEO

Müğənni Aysun İsmayılovanın hamam otağında olan görüntüləri yayılıb. XəbərAl.az xəbər verir ki, Aysun “Düşmənlər” adlı mahnısına çəkdirdiyi yeni klipini təqdim edib. Son zamanlar gündəmdən düşməyən Aysunun yeni klipi də izləyiciləri tərəfindən xoş qarşılanıb və bəyənilib. Qeyd edək ki, mahnının sözləri və musiqisi Elçin Məhərrəmova, klipin rejissorluğu isə Rəşad Həsənova aiddir. Mahnı “YouTube”un Azərbaycan üzrə trendinə düşməyi […]

Ana Səhfə

İlham Əliyev səfiri geri çağıraraq – Yeni vəzifə verdi

Prezident İlham Əliyev Fərid Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. XəbərAl.az xəbər verir ki, prezidentin digər sərəncamı ilə Fərid Rauf oğlu Şəfiyev Azərbaycanın Çex Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Qeyd edək ki, prezident İlham Əliyev fevralın 6-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb.

Ana Səhfə

Sabah Bakı vaxtıyla 13:07-də baş verəcək – Azərbaycanda 7 saat sonra…

Sabah Ay Yerə ən yaxın məsafədə olacaq və “Super ay” hadisəsi baş verəcək. XəbərAl.az xəbər verir ki, Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu hadisə Bakı vaxtı ilə saat 13:07-də baş verəcək. Gündüz saatları olduğu üçün biz onu müşahidə edə bilməyəcəyik. Lakin axşam saatlarında Azərbaycanda da bu təbiət hadisəsini […]

Ana Səhfə

“Arvadı olmağa hazır idim, amma Arif boşanmadı…” – 16 illik gizli sevgi

Rusiyanın xalq artisti, kino və teatr aktrisası Tatyana Vasilyeva azərbaycanlı iş adamı Arif Ələkbərovla 16 illik gizli münasibətindən danışıb.  XəbərAl.az  xəbər verir ki, o, NTV-də yayımlanan “Секрет на миллион” proqramına qonaq olarkən ilk evliliyindən sonra Moskva Satirik Teatrının sponsorlarından biri olan A. Ələkbərovla uzun illər sevgi münasibətində olduğunu açıqlayıb. Aktrisa bildirib ki, sevgilisi Bakıda yaşayıb, tez-tez […]

Ana Səhfə

Prezident Sumqayıt bulvarında – Sakinlərlə səmimi fotolar

Prezident İlham Əliyev bu gün Sumqayıta səfəri çərçivəsində burada inşa edilən dənizkənarı bulvarda yaradılan şəraitlə tanış olub. XəbərAl.az  xəbər verir ki, dənizkənarı bulvarda Sumqayıt sakinləri dövlət başçısına yaxınlaşaraq söhbət ediblər. Sakinlər: Xoş gəlmisiniz bizim Sumqayıta. Siz bizim prezidentlər içərisində seçilən Prezidentimizsiniz. Biz sizinlə fəxr edirik. Allah Sizə cansağlığı versin, bizə bu gözəl şəraiti Siz yaratmısınız. Prezident […]

Ana Səhfə

Rüstəm İbrahimbəyov Bakıda: Məclisinə kimləri topladı? – FOTOLAR

Tanınmış kino – drammaturq Rüstəm İbrahimbəyov Bakıya gəlib. XəbərAl.az Musavat.com -a istinadən xəbər verir ki, bu iddia ilə ilk çıxış edən BakuPost saytının redaktoru Elçin Zahiroğlu olub. O, özünün Feysbuk səhifəsində gördüyünüz fotonu paylaşıb və yazıb ki, İbrahimbəyov Bakıdadır. Fotodakı şəxslərdən biri, professor Qulu Məhərrəmli bu iddianı musavat.com -a təsdiqləyib. Strateq.az saytı isə xəbər verir ki, […]