Mədəniyyət

Londonda beynəlxalq festivalda Azərbaycanın milli rəqsi coşqu ilə qarşılanıb – FOTO

London şəhərinin əsas meydanı olan Trafalqar meydanında London meriyası tərəfindən hər il ənənəvi olaraq keçirilən və Ramazan bayramına həsr olunmuş festival təşkil olunub. Azərbaycanın Britaniyadakı Səfirliyindən “Report”a bildirilib ki, tədbirdə müxtəlif xalqların nümayəndələri öz mədəniyyət nümunələrini təqdim ediblər. Festivalda Azərbaycanı peşəkar xoreoqraf və Britaniyada fəaliyyət göstərən Azərbaycan rəqsləri məktəbinin təsisçisi Səkinə Muxtarlı təmsil edib. Onun nümayiş […]

Mədəniyyət

Xalq artisti Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm”

Hələ kiçik yaşlarımızdan onun efirdəki obrazı, siması və səsi yaddaşımıza əbədi həkk olunub. O “Züleyxa”, “Təhminə”, “Kleopatra”, “Şölə” və sairə bu kimi obrazları ilə səhnəyə çıxan Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Zemfira Nərimanovadır. İllərdir, efirlərdən və mətbuatdan uzaq düşən aktrisa bu gün doğum gününü qeyd edir. Nadir hallarda müsahibəyə razı olan sənətkar […]

Mədəniyyət

Vüqar Muradov: “Cavanşir Məmmədov mənim ağsaqqalım idi”

“Cavanşir Məmmədov mənim ağsaqqalım idi”. Bunu Oxu.Az-a açıqlamasında müğənni Vüqar Muradov deyib.  O, mərhum Əməkdar artistin dəfn mərasimində iştirak edib və bildirib ki, atasını itirən zaman Cavanşir Məmmədov ona bir əmi kimi qayğı göstərib: “Atam vəfat edəndə Cavanşir əmi mənim yanımda oldu ilk gündən. Nə dəstək lazımdır, göstərdi. Dedi ki, sənin əmin ölməyib, həmişə yanındayam. […]

Mədəniyyət

Aparıcı Tolik: “Axşam mənim verilişimdə idi”

“Mərhumun həyat yoldaşı Xalidə xanımla danışdım, deyir, gecə saat birdə rəhmətə gedib. O radələrdə xırıldayıb və dünyadan köçüb”. Bunu Oxu.Az-a açıqlamasında aparıcı Tarix Əliyev (Tolik) deyib. O bildirib ki, Əməkdar artist Cavanşir Məmmədov axşam onun verilişində olub: “Mənim verilişimdə idi, səhhətindən bir şikayəti yox idi. Bildiyimiz kimi, ürəyində dörd stent vardı və şəkər xəstəliyindən əziyyət […]

Mədəniyyət

Hacı Nuran: “Cavanşir Məmmədov daim qalmaqalla gündəmə gəlib”

“Axırıncı dəfə bir həftə öncə toyda görüşmüşdük”. Bunu Oxu.Az-a açıqlamasında teleaparıcı Hacı Nuran deyib. O bildirib ki, mərhum daim mətbuatda qalmaqalla gündəmə gəlib: “Mətbuatda oxuyurduq ki, bir gün məhkəməyə gedib, bir gün kəmərsiz maşın idarə edib. Ürəyində də stent var idi, Allah rəhmət eləsin, böyük sənətçimizi itirmişik”. Rövşən Əsədov Xeberal.az

Mədəniyyət

Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa…” – FOTO

Çoxları onu gözəl bədii qiraət ustası kimi tanıyır. Filmlərin dublyajını da onun səsi olmadan təsəvvür eləmək çətindir. Amma Həsən Əbluc həm də onlarla tamaşaya quruluş verən rejissor, teatrlarda səhnəyə çıxan, filmlərdə və teletamaşalarda uğurla çəkilən aktyor olub. Həsən Əbluc deyəndə, daha çox göz önünə rejissor Ramiz Həsənoğlunun “Təbii ki, bu rolda çox populyar, sevilən bir […]

Mədəniyyət

Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko vəfat edib. Bu barədə teatrın sosial şəbəkə hesabında məlumat verilib. “Bu, hamımız üçün böyük itkidir! Onun yaradıcılığı, xeyirxahlığı onu tanıyanların və qiymətləndirənlərin hamısının qəlbində yaşayacaq. Qəbri nurla dolsun!” – deyə teatrın kollektivi sənətkarın yaxınlarına dərin hüznlə başsağlığı verib. Xeberal.az

Mədəniyyət

“Əsrin qayınanası”, sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür – FOTO/VİDEO

Aprelin 20-si Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Mükafatı Laureatı, görkəmli satira ustası Nəsibə Zeynalovanın doğum günüdür. Azərbaycan teatrsevərləri arasında “qayınana” kimi sevilən, Musiqili Komediya Teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım 1916-cı ildə Bakıda doğulub. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri […]

Mədəniyyət

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub – FOTO/VİDEO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub. Oxu.Az xəbər verir ki, noyabrın 24-nədək davam edəcək 60-cı Venesiya Biennalesi “Əcnəbilər hər yerdədir” (“Foreigners Everywhere”) şüarı altında keçirilir.   Azərbaycan pavilyonu Venesiyada 16-cı əsrin memarlıq abidələrindən olan Campo della Tanada yerləşir və “Xəzərdən Çəhrayı Planetə. Mən buradayam” […]

Mədəniyyət

Türkiyəli məşhur aktyor: “Müəllimlərim məni döyərdi, mən də məktəbi alıb sökdürdüm…” – FOTO

Türkiyənin məşhur aktyorlarından olan Çağlar Ertoğrul etirafı ilə gündəm olub. Belə ki, o, uşaq vaxtı ibtidai sinif müəllimləri tərəfindən tez-tez döyüldüyünü, bu səbəbdən də yetkin olduqdan sonra məktəbi satın aldığını və sökdürdüyünü açıqlayıb. Oxu.Az-ın məlumatına görə, aktyor bu barədə özünün sosial şəbəkə hesabından bildirib. Ertoğrul məktəbin qalıqları qarşısında fotosunu da paylaşıb. “İbtidai sinif müəllimlərim məni […]