Ana Səhfə

Rüfət Aslanlının Gədəbəydəki villasının – Fotoları

Xəbər verdiyimiz kimi, Türkiyənin “Midek İnşaat Sanayi ve Dış Ticaret Ltd. Şti” şirkətinin nümayəndəsi Mustafa Veysel Güldoğan Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq sədri Rüfət Aslanlı barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə müraciət edib.  XəbərAl.az xəbər verir ki, “Qafqazinfo”ya daxil olan müraciətdə qeyd olunurdu ki, 2012-ci ildə R.Aslanlı ilə şirkətin təmsilçisi Murat […]

Ana Səhfə

Samir Adıgözəlli dövlət qeydiyyatından keçmiş yeni Siyasi Mərkəzin rəhbəri oldu

Tanınmış ictimai-siyasi fəal Samir Adıgözəlli bundan sonra yeni yaradılan quruma rəhbərlik edəcək.   XəbərAl.az-ın əldə etdiyi məlumata görə, Samir Adıgözəllinin rəhbəri seçildiyi qurumun adı İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzidir (İSBAM). Yeni Mərkəz rəsmi dövlət qeydiyyatından da keçib. S. Adıgözəlli Azinforum.az-a bildirdi ki, sədr seçildiyi Mərkəzin əsas fəaliyyət sferası siyasi araşdırmalar və beynəlxalq əlaqələrlə […]

Ana Səhfə

Yeni yaradılan Agentlik bu işləri görəcək

“Aqrar Xidmətlər Agentliyinin yaradılması optimallaşmanı təmin edəcək”.  Bu barədə  məlumatı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin rəhbəri Vüqar Hüseynov verib. O bildirib ki, “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman prezident İlham Əliyevin həyata keçirdiyi aqrar siyasətin tərkib hissəsidir. Aparılan aqrar islahatlar kənd təsərrüfatının davamlı və uğurlu inkişafını təmin […]

Ana Səhfə

Prezident səfiri geri çağırdı

Prezident İlham Əliyev Gürsel İsmayılzadənin Azərbaycanın Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. XəbərAl.az-ın məlumatına görə, sərəncama əsasən Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycanın Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Ana Səhfə

“Alışanov vəzifəsindən gərək çoxdan azad olunardı”

Tanınmış telejurnalist Qulu Məhhərmli AzTV-nin rəhbəri Arif Alışanovun vəzifəsindən azad olunmasına münasibət bildirib. XəbərAl.az xəbər verir ki, Qulu Məhərrəmov “Qafqazinfo”ya açıqlamasında Alışanovu Azəraycan televiziya tarixinin ən uğursuz kadrlarından biri adlandırıb: “Arif Alışanov vəzifəsindən gərək çoxdan azad olunardı. Hesab edirəm ki, bir az gecikmiş, amma çox düzgün qərardır. Alışanov Azərbaycan televiziyasını min arşınlıq quyunun dibinə saldı, onu öz […]

Ana Səhfə

ACLIQ ŞOUSU – Və yaxud “5-ci kolon”un DİETA TAKTİKASI…

Əslində bu barədə yazmamaq da olardı. Çünki söhbət həbsdə olanlardan gedir. Necə olsa da, onlar azadlıqdan məhrum ediliblər və baş verənlərlə bağlı şüurlu şəkildə qərar çıxarmaya bilərlər. Amma sonradan “Jam.az” saytının baş redaktoru Fikrət Fərəməzoğlunun verdiyi reaksiya fikrimi dəyişdirdi. Fikrət Fərəməzoğlunun timsalında göründü ki, həbsdə olmaq heç kimə alət olması üçün səbəb yaratmır və dörd […]

Ana Səhfə

Ərinə XƏYANƏT edən qadınlar artıb – Azərbaycanda boşanmaların müasir SƏBƏBLƏRİ

Bu ilin 10 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 52061 nikah və 12191 boşanma halı qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.     XəbərAl.az AzadQadin.Az-a istinadən  xəbər verir ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova modern.az -a deyib ki, boşanmaların sayının […]

Ana Səhfə

Bakı Metrosunda HƏYƏCANLI ANLAR – Qatarlar boşaldıldı

Bu gün metronun “Sahil”stansiyasında sərnişinlər qatardan boşaldılıb. XəbərAl.az xəbər verir ki, “Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  bildirib ki, qatarda texniki nasazlıq olub: “Bu gün saat 13:50-də “Sahil”stansiyasında qatarda nasazlıq olub. Dərhal texniki təlimata uyğun olaraq sərnişinlər qatardan boşaldılıb və depoya göndərilib. Nasazlığın dəqiq səbəbi bəlli deyil. Depoda qatara baxış keçirilir, nasazlığın baş vermə səbəbi müəyyən […]

Ana Səhfə

“Bazarstore”a silahlı basqın: Vəzifəli şəxs yaralandı

“Bazarstore”a basqın olub. XəbərAl.az xəbər verir ki, Hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, hadisə Abşeron rayonu, Hökməli qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən “Bazarstore” mağazasına daxil olan əli silahlı, maskalı şəxs kassiri ölümlə hədələyərək ondan pul tələb edib. Bu zaman mağazanın müdir müavini Famil Babayev və mühafizəçilər maskalı şəxsə yaxınlaşaraq onu zərərsizləşdirmək istəyiblər. Maskalı şəxs F. Babayevin […]