Mədəniyyət

Riyaziyyat müəllimliyindən detektiv yazıçılığına uzanan yol: Elxan Elatlı ilə MÜSAHİBƏ + FOTO

“Məşhurluq insanın azadlığını əlindən alır, mənim çox sevdiyim bir şey deyil. Çox arzu edərdim ki, normal gəlir gətirən bir işim olaydı, məni beş-on iş yoldaşımdan başqa kimsə tanımayaydı. Bu mənim gecikmiş arzumdur”. Bu sözləri detektiv janrda kitabları ilə tanınan “Qızıl qələm” mükafatı laureatı, yazıçı Elxan Elatlı Oxu.Az-a müsahibəsi zamanı bildirib. E.Elatlı oxucuları maraqlandıran suallara aydınlıq […]

Mədəniyyət

Səsin də, sözün də, oyunun da gözəl olduğu yer – Musiqili Teatrdan REPORTAJ + FOTO

“Bəli, bəli, Bəxtiyar Muradovdur… Neft çıxdı… Şokolad kimi…” Teatrdan reportajımın “Bəxtiyar” filmindən bu məşhur ifadə ilə nə əlaqəsi var? Söhbətləşək, biləcəksiniz. Nizami, el arasında “Torqovıy” adlanan küçədə insanların görüşdüyü, şəkil çəkdirdiyi, nahar etdiyi, ya elə-belə xoş əhvalda gəzişdiyi yerdən ayrılıb Hacı Zeynalabdin Tağıyev (bu böyük kişinin adını qısa yazanda xoşuma gəlmir) küçəsi ilə üzü bulvara […]

Mədəniyyət

Aydın Balayevin Xalq Cümhuriyyəti ilə bağlı yeni kitabı nəşr edildi

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 104-cü ildönümü ərəfəsində tarix elmləri doktoru Aydın Balayevin “Azərbaycan Cümhuriyyətinin doğuşu: 1917-1918-ci illər milli mücadiləsi” adlı kitabı nəşr edilib. Oxu.Az-ın məlumatına görə, bu, yaradıcılığını əsasən Azərbaycan tarixinin AXC dövrünə həsr etmiş alimin ömrünün son günlərində yazdığı, amma çap edə bilmədiyi üç əsərindən ikincisidir. Tədqiqatda Azərbaycan milli hərəkatının müstəqil bir siyasi qüvvə […]

Mədəniyyət

Qarabağ atları və Gürcüstan – ARAŞDIRMA + FOTO

Milli sərvətimiz olan və dünyada böyük şöhrəti ilə seçilən Qarabağ atlarının məşhurluğu vaxtilə Gürcüstanı da əhatə edib. “Report”un yerli bürosunun qonşu ölkədə apardığı araşdırma Qarabağ atları ilə bağlı maraqlı tarixi faktları üzə çıxarıb. Eyni zamanda Gürcüstan və Azərbaycan arasında atçılıq sahəsində əməkdaşlığın tarixi və hazırkı səviyyəsinə nəzər salınıb. Vaxtilə Qarabağ atlarına Gürcüstanın ictimai xadimləri arasında […]

Mədəniyyət

XIX əsrdə canlı musiqisi olan, XXI əsrdə siçovulların yaşadığı hamam – FOTOREPORTAJ

İndi acınacaqlı vəziyyətdə olan “Fantaziya” o qədər dəbdəbəli və dillərə dastan gözəllikdə idi ki, iki əsr öncə “Kaspi” qəzetinin müəllifi hamama qoyulan sərmayənin həddindən artıq çox olduğunu vurğulayırdı. Məqalənin müəllifi iddia edirdi ki, sərmayədarlar qoyulan vəsaiti çıxara bilməyəcəklər.  Mövzu ilə bağlı “Kaspi” qəzeti araşdırma aparıb. Həmin araşdırmanı təqdim edirik: “Bu ilin 13 yanvar tarixindən etibarən […]

Mədəniyyət

Dövlət büdcəsindən ayrılan pullarla çəkilən filmlərlə bağlı POZUNTULAR ortaya çıxdı

Hesablama Palatası tərəfindən dövlət sifarişi ilə filmlərin çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinin auditinin nəticələri açıqlanıb. APA xəbər verir ki, kinonun normativ-hüquqi və iqtisadi bazasını təşkil edən aktların təkmilləşdirilməməsi və genişləndirilməməsi, o cümlədən 18 il əvvəl qəbul edilmiş qaydaların müasir tələblərə və çağırışlara cavab verməməsi artıq, eləcə də, bu sahədə çalışan yaradıcı heyətin tam əhatə […]

Mədəniyyət

Tom Kruzun Keyt Middltonla görüntüləri böyük müzakirələrə səbəb oldu – FOTO

Keyt Middlton və Şahzadə Uilyam “Top Gun: Maverick” filminin London premyerasında iştirak edib. Filmin baş rol ifaçısı Tom Kruzun Kembric hersoginyasına pilləkənləri qalxmağa kömək etməsi onları hər kəsin diqqət mərkəzinə çevirib. Hollivud ulduzunun boyunun Keyt Midltona çatması da sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Belə ki, 1,69 metr boyunda olan Tom Kruzun 1,75 metr boyunda olan […]

Mədəniyyət

Mingəçevir teatrında kişidən “qadın” DÜZƏLDİLİB? – RƏSMİ AÇIQLAMA

Bölgə teatrlarında qadın aktrisa böhranı yaşanır. Problem sosial şəbəkələrdə gündəmə gətirilib. İddiaya görə, üçüncü dərəcəli qadın roluna aktrisa tapmayan rejissorlar məcburiyyətdən kişidən qadın “düzəldir”lər. Maraqlıdır ki, qeyd olunan hal hansı teatrda baş verib və hər il Azərbaycan Mədəniyyət İncəsənət Universitetindən məzun olan aktrisalar haraya gedirlər?  Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin İncəsənət və Qeyri maddi-mədəni irs […]

Mədəniyyət

ICESCO-nun Bakıda regional ofisinin yerləşməsi haqqında Saziş imzalanıb

Mayın 20-də mədəniyyət naziri Anar Kərimov ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb. Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, nazir qonağı salamlayaraq Şuşada keçirilən “Postmünaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransda iştirakına görə minnətdarlığını bildirib. ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki də öz növbəsində dəvət […]

Mədəniyyət

Şuşada keçirilən beynəlxalq konfransın iştirakçıları birgə müraciət ünvanlayıb

Şuşa şəhərində “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda ikigünlük beynəlxalq konfransın iştirakçıları birgə müraciət ünvanlayıb. “Report” xəbər verir ki, müraciətdə deyilir: 1. Biz, Azərbaycanın Mədəniyyət Paytaxtı və 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşada təşkil olunan “Postmünaqişə Humanitar Gündəliyinin İnkişaf Etdirilməsi: mədəni mühitin canlandırılması yolu ilə davamlı […]