Mədəniyyət

Maarifçilik hərakatının öncüllərindən olan şuşalı müəllim – Nəcəf bəy Vəzirov + VİDEO

Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi məşhur şuşalı, Azərbaycanın maarifçilik hərakatının öncüllərindən olan Nəcəf bəy Vəzirov haqqında video hazırlayıb. Videoda ədibin həyat və yaradıcılıq yolu, fəaliyyəti haqqında məlumatlar yer alıb. Nəcəf bəy Vəzirov 1854-cü ildə Şuşa şəhərində anadan olub. Ədibin maarifçilik ideyalarına xidmət edən zəngin yaradıcılığı milli dramaturgiyamızın inkişafında mühüm yer tutur. Nəcəf bəy bir müddət […]

Mədəniyyət

Ermənilər Şuşa qalasının “İrəvan” qapısını qəsdən dağıdıblar – FOTO

Ağa Məhəmməd şah Qaçarın, çar Rusiyasının və ermənilərin çoxsaylı hücumuna sinə gərməsi ilə dillər əzbəri olan Şuşanın qala divarlarının böyük bir hissəsi işğal dövründə tamamilə dağıdılıb. AZƏRTAC xəbər verir ki, tarixin bir çox amansız savaşlarının şahidi olan üç girişli bu qalanın təkcə “Gəncə” qapısı günümüzədək salamat qalıb. Qədim və əzəmətli Şuşa qalasının tarixən 3 istiqamətdən […]

Mədəniyyət

Bu gün “Gəray bəy” obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

Azərbaycan teatr və kino aktyoru və rejissoru, Xalq artisti Həsənağa Turabov 24 mart 1938-ci ildə Bakı şəhərində anadan olub. Oxu.Az xəbər verir ki, H.Turabov 31 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb […]

Mədəniyyət

Mehriban Zəki Oqtay Əliyevin öldüyü qəzanın təfərrüatından yazdı – FOTO

Martın 22-si Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin ölümü ilə nəticələnən qəzada yaralanan Xalq artisti Mehriban Zəki hadisədən sonra ilk dəfə paylaşım edib. Oxu.Az-ın məlumatına görə, “Instagram” hesabında paylaşım edən M.Zəki O.Əliyev haqda xatirələrini bölüşüb. “İlk tanıdığım gündən hər zaman bütün problemlərin həllini tapar, xəstələnəndə belə, “problem yoxdur, keçib gedəcək” deyər, insanları yalnız gülərüz görmək istər, […]

Mədəniyyət

Gözləri tutulmuş azərbaycanlı şair Məmməd Səid Ordubadinin doğum günüdür

Məmməd Səid Hacı Fəqir oğlu Ordubadi 24 mart 1872-ci ildə dünyaya göz açıb. Oxu.Az xəbər verir ki, Ordubadi ədəbi yaradıcılığa 14-15 yaşlarından başlayıb. Azərbaycanlı nasir, şair, dramaturq, jurnalist, publisist və tərcüməçi Məmməd Səid Ordubadi “Qılınc və qələm” (1946-1948), “Dumanlı Təbriz” (1933-1948), “Gizli Bakı” (1940), “Döyüşən şəhər” (1938) kimi tarixi romanlarının müəllifidir. Fəqirin ailəsi həmişə çətinliklə […]

Mədəniyyət

Nişanlanacağı qız onu yuxuda gördü, evlərinin şəklini divardan asdı – Oqtay Əliyevin ən böyük arzusu nə idi?

Kulis.az ötən gün dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi, Televiziya prodüseri və rejissoru Oqtay Əliyev haqqında maraqlı faktları təqdim edir. Əliyev Oqtay Vidadi oğlu 19 iyun 1968-ci ildə İrəvan şəhərində doğulub. 1975-1985-ci illərdə İrəvan şəhəri M. F. Axundov adına orta məktəbdə oxuyub. İrəvandan Azərbaycana deportasiya olunduqdan sonra Oqtay ailəsi ilə birgə Bakıya köçür. O, Azərbaycan Dövlət […]

Mədəniyyət

Oqtay Əliyevin atası ürəkləri dağladı: “Belimizi qırdı, evimizi yıxdı” – VİDEO

“Allah verdi, Allah da aldı. Belimizi qırdı, evimizi yıxdı”. Bu fikirləri Xalq artisti Vidadi Əliyev avtomobil qəzasında həyatını itirən oğlu Oqtay Əliyevlə vida mərasimində deyib. “Həmişə çalışmışam ki, Vətənə layiq övlad olsun”, – deyə V.Əliyev əlavə edib. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

Mədəniyyət

Elçin Əlibəyli: “Qardaşım aldığı güclü travmadan dünyasını dəyişdi”

“Qardaşım aldığı güclü travmadan dünyasını dəyişdi”. Oxu.Az xəbər verir ki, bu sözləri mərhum tanınmış televiziya prodüseri, rejissor Oqtay Əliyevlə dəfn mərasimi zamanı qardaşı tanınmış teleaparıcı Elçin Əlibəyli deyib. E.Əlibəyli Oqtay Əliyevin ürək xəstəliyindən əziyyət çəkmədiyini qeyd edib: “Böyük itkidir. Ən son iki gün öncə görüşmüşdük. Hadisədən bir saat öncə xeyli telefonla danışdıq. O, mənim böyük qardaşım […]

Mədəniyyət

Mübariz Tağıyev: “Oqtayla yeni layihə üzərində işləyirdik, qismət olmadı”

“Şou-biznesdə onun xüsusi yeri var idi”. Oxu.Az xəbər verir ki, bu sözləri mərhum tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevlə vida mərasimi zamanı Xalq artisti Mübariz Tağıyev deyib. Xalq artisti yeni layihə üzərində çalışdıqlarını qeyd edib: “Gözəl təşkilatçı, rejissor, sənət aləmini yaxşı bilən insan idi. Allah rəhmət eləsin. Həmişə həqiqəti deyirdi. Çox sevilirdi. Onunla yeni layihə […]

Mədəniyyət

Mehriban Zəkinin vəziyyəti Mədəniyyət Nazirliyi tərəfindən nəzarətə götürülüb

Xalq artisti Mehriban Zəkinin vəziyyəti Mədəniyyət Nazirliyi tərəfindən nəzarətə götürülüb. Bu barədə APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən məlumat verilib. “Xəbər verdiyimiz kimi, tanınmış teatr və kino xadimi, Xalq artisti Mehriban Zəki martın 22-də avtomobil qəzası nəticəsində xəsarət alıb. Hadisədən dərhal sonra Mədəniyyət Nazirliyi tərəfindən aktrisanın vəziyyəti nəzarətə götürülüb. Xalq artistinin xəstəxanaya yerləşdirilməsi, daha sonra başqa […]