Xarici siyasət

Ərdoğan Xəzər İbrahimi qəbul etdi

Sharing is caring!

Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırlan Xəzər İbrahim Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

“XəbərAl.az” xəbər verir ki, bu barədə məlumatı Xəzər İbrahim öz tvitter hesabında paylaşıb. “Qardaş Türkiyədə Azərbaycanın səfiri olaraq çalışdığım dövrdə hər zaman dəstəyinizi və diqqətinizi hiss etdim. Türkiyədən getməzdən əvvəl də məni qəbul etmək şərəfinə layiq gördüyünüz üçün təşəkkür edirəm, cənab Prezident”, – deyə Xəzər İbrahim vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 26-sı Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimin vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə X. İbrahim Azərbaycanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir