Xarici siyasət

Ərdoğanın Şuşa ziyarəti Azərbaycanla münasibətlərin inkişafı üçün daha bir ciddi addımdır — Türkiyə PA

Sharing is caring!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, xüsusən də Şuşanı ziyarət etməsi Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı üçün daha bir ciddi addımdır.

XəbərAl.az bildirir ki, bunu Türkiyə Prezident Administrasiyasından (PA) bildiriblər.

Qeyd olunub ki, iki dövlət arasındakı münasibətlər hər zaman yüksək səviyyədə olub və bundan sonra da artan xətlə inkişaf edəcəkdir: “Bu səfər Türkiyə-Azərbaycan münasibətlərini daha irəli aparacaq, eyni zamanda digər türkdilli dövlətlər arasında əlaqələrin daha da inkişafı üçün təkan yaradacaq. Türkiyə və Azərbaycan arasında imzalanan sənədlər əlaqələrin inkişafı istiqamətində atılan önəmli addımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir