Xarici siyasət

Ərdoğan: “Qardaşım İlham Əliyevlə birlikdə Şuşaya, qələbənin qazanıldığı torpaqlara gedəcəyik”

Sharing is caring!

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etmək üçün Brüsselə yola düşüb.

“Haber Global”ın məlumatın görə, təyyarəyə minməzdən öncə dövlət başçısı bir sıra maraqlı açıqlamalar verib.

R.T.Ərdoğan Türkiyə – Azərbaycan münasibətləri, həmçinin Qarabağ zəfərinə də toxunub.

“NATO sammiti sonrası qardaşım İlham Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfərimi həyata keçirəcəyəm. Türkiyə – Azərbaycan qardaşlığı bölgəmizdə sülh, rifah və inkişafın təminatıdır.

Azərbaycan Qarabağda tarixi bir zəfərə imza ataraq 30 illik işğala son qoyub. Qarabağ zəfəri regionda qalıcı sülhün qapısını aralayıb.

10 dekabrda Bakıda təşkil olunan Zəfər Paradını izləmişdim. Bu dəfə isə qardaşım İlham Əliyevlə birlikdə Şuşaya, qələbənin qazanıldığı torpaqlara gedəcəyik. İyunun 16-da milli futbol komandamızın Uelslə oynayacağı matçı da Əliyevlə birlikdə izləyəcəyik”, – deyə Türkiyə prezidenti bəyan edib.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir