Xarici siyasət

Lavrov Şəhidlər xiyabanını və ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi

Sharing is caring!

Azərbaycan Respublikasında səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov mayın 11-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

XəbərAl.az 
xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

X X X

Azərbaycan Respublikasında səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 11-də Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb.

XəbərAl.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir