Xarici siyasət

Lukaşenko İlham Əliyevin oğlundan danışdı – “Bu, onun başucalığıdır”

Sharing is caring!

“Bizdə daha çox sayda gənclərin təhsil alması üçün nə lazımdırsa edəcəyik. Vaxt gələcək, biz Azərbaycanın təcrübəsini öyrənəcəyik”.

“XəbərAl.az” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata açıqlamasında deyib.

Lukaşenko daha sonra fikrinə belə davam edib:

– Yaxşı ali məktəblər çoxdur, lap çoxdur. Yeri gəlmişkən, bildiyimə görə, Sizin oğlunuz da Bakıda orta məktəbi bitirib və indi ali məktəbdə oxuyur.

Prezident İlham Əliyev: Bakıda ali məktəbi bitirib, orduda xidmət edib.

Prezident Aleksandr Lukaşenko: Bunu bilirik, bu, onun başucalığıdır.

Prezident İlham Əliyev: Bakıda oxuyub.

Prezident Aleksandr Lukaşenko: Bəli, Bakıda oxuyub, yaxşı ali məktəblər var, əgər Prezident öz uşağını Bakıdakı ali məktəbdə oxudursa, deməli, bu, dəyərli ali məktəbdir. Vaxtilə biz də bunu qeyd etmişik.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir