Xarici siyasət

Xocalıya dair faktlar ABŞ sakinlərinin diqqətini cəlb etdi — FOTOLAR

Sharing is caring!

“Xocalıya ədalət” (“Justice for Khojaly”) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində soyqırım haqqında həqiqətlərin dünyaya çatdırılması məqsədi ilə ABŞ-ın daha bir ştatında – Floridanın iki müxtəlif şəhərində Mayami və Orlandoda üzərində faciəyə dair faktların əks olunduğu elektron lövhəli xüsusi avtomobillər küçələrdə hərəkət edib.

XəbərAl.az xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminova məlumat verib.

O bildirib ki, layihə Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Avtomobillər şəhərin mərkəzindən üç müxtəlif istiqamətdə, turistlərin daha çox cəmləşdiyi şəhərlərin küçələrində hərəkət edib, strateji əhəmiyyətə malik binaların önündə dayanıb. T.Eminova təbliğat kampaniyasının sakinlərin və turistlərin diqqətini çəlb etdiyini vurğulayıb. Belə ki, onlar ayaq saxlayıb, ötən əsrin ən böyük qanlı cinayəti hesab olunan Xocalı soyqırımı haqqında məlumat alıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir