Xarici siyasət

UNESCO missiyasının Qarabağa səfəri ilə bağlı Rusiya XİN-dən AÇIQLAMA

Sharing is caring!

“Bildiyim qədəri ilə hazırda UNESCO-nun ilkin missiyasının Dağlıq Qarabağ və ətraf rayonlara səfərinin təşkili ilə bağlı danışıqlar gedir”.

XəbərAl.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

O, UNESCO-nun missiyasının Qarabağa səfərinin yaxın vaxtlarda baş tutacağına ümid etdiklərini bildirib.

“Ümid edirik ki, bu səfər regionda qarşılıqlı inamın möhkəmlənməsinə yardım edəcək”, – deyə Rusiya XİN-in rəsmisi vurğulayıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir