Xarici siyasət

İran xarici işlәr naziri Bakıya gəldi

Sharing is caring!

İran xarici işlәr naziri Mәhәmmәd Cavad Zәrif Bakıya gəlib.

XəbərAl.az xəbər verir ki, İran xarici işlәr naziri Mәhәmmәd Cavad Zәrif Bakıda verdiyi açıqlamada bildirib ki, İran dost vә qardaş Azәrbaycanın öz әrazilәrini işğaldan azad etmәsinә vә bu әrazilәrin Azәrbaycan xalqının nәzarәtinә keçmәsinә sevinir.

Zәrif әlavә edib ki, sabah Azәrbaycan tәrәfi ilә Qarabağ, Qarabağda stabilliyin qorunması, azad edilәn әrazilәrin bәrpası, regional әmәkdaşlıq, Şimal-Cәnub vә Cәnub-Qәrb dәhlizlәri haqda müzakirәlәr aparılacaq.

İran xarici işlәr naziri Azәrbaycandan sonra Rusiya, Gürcüstan, Ermәnistana, davamında Türkiyәyә sәfәr edәcәyini deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir