Xarici siyasət

Türkiyə XİN: Azərbaycan qazı İtaliyaya çatdı, Avropanın enerji təhlükəsizliyində yeni səhifə açıldı – FOTO

Sharing is caring!

“TAP layihəsinin fəaliyyətə başlaması ilə Azərbaycan qazı İtaliyaya çatdırılıb”.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin “Twitter” hesabında bildirilib.

“Cənub Qaz dəhlizi istismara verildi. Ölkəmizin Avropanın qalan hissəsinin enerji təhlükəsizliyinə verdiyi töhfə baxımından yeni bir səhifə açıldı”, – deyə Türkiyə XİN-dən bildirilib.

Xatırladaq ki, rəsmi mənbələr artıq Azərbaycanın təbii qazının TAP vasitəsilə Bolqarıstan və Yunanıstan ərazisinə daxil olduğunu təsdiqləyib.

Kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən SNAM Rete Gas (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırılıb. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə (TANAP) birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək, İtaliyanın cənub sahillərinə çatır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir