Xarici siyasət

İlham Əliyev Belçikalıların Kralına və Almaniya Prezidentinə başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb.

XəbərAl.az xəbər verir ki, mətndə deyilir:

“Hörmətli cənab Prezident,

Almaniyanın qərbində baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev Belçikalıların Kralı Əlahəzrət Filipə başsağlığı məktubu ünvanlayıb.

XəbərAl.az xəbər verir ki, mətndə deyilir:

“Əlahəzrət,

Ölkənizdə baş vermiş daşqınlar nəticəsində çox sayda insanın həlak olması və dağıntılar barədə xəbər məni olduqca sarsıtdı.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Belçika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir