Xarici siyasət

Avropa Şurasının prezidenti Azərbaycana gələcək

Sharing is caring!

Avropa Şurası prezidenti Şarl Mişel bu həftə Azərbaycana səfər edəcək.

“XəbərAl.az” qurumun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Ş.Mişel iyulun 16-da Yerevana, 18-də Bakıya səfər edərək ölkənin rəhbərləri ilə görüşlər keçirəcək.

Səfər zamanı Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsinə dair müzakirələr aparılacaq.

İyulun 19-da isə AŞ rəhbəri Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına dair 17-ci dəfə keçirilən Batumi Beynəlxalq Konfransına da qatılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir