Xarici siyasət

Moskva görüşünün tarixi açıqlandı

Sharing is caring!

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın görüşü keçiriləcək.

XəbərAl.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” Ermənistan baş nazirinin müavininin Mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər Cənubi Qafqazda nəqliyyat dəhlizinin yaradılması, xüsusilə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək, eləcə də Rusiya ilə Ermənistanı birləşdirəcək dəmir yolu xətlərinin inşasını müzakirə edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir