Xarici siyasət

Azərbaycan XİN Latviyanı təbrik edib – FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi Latviya bayrağının tanınmasının yüz illiyi münasibətilə bü ölkəni təbrik edib.

Nazirlik təbrik mesajını rəsmi “Tvitter” səhifəsində paylaşıb.

“Latviya xalqını və Latviya XİN-dəki həmkarlarımızı bu tarixi gün münasibətilə təbrik edirik!”, – deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Latviya öz dövlət müstəqilliyini 18 noyabr 1918-ci ildə elan etsə də, onun beynəlxalq səviyyədə tanınması bir qədər uzun çəkib. Belə ki, yalnız 1921-ci ildə Antanta ölkələri tərəfindən Latviya bayrağına rəsmi səviyyədə tanınma hüququ verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir