Xarici siyasət

İlham Əliyevin açıqlamalarından sonra İrəvanda ara qarışdı: “Uşaqlarımızı Qarabağdan qaytarın”

Qarabağda həqiqi hərbi xidmətdə olan şəxslərin valideynləri və qohumları Ermənistanda hökumət binasının qarşısına toplaşıblar. Onlar uşaqlarının və qohumlarının Qarabağdan qaytarılmasını və hərbi xidməti Ermənistan ərazisində keçmələrini tələb edirlər.

XəbərAl.az xəbər verir ki, İrəvanda əvvəllər də belə aksiyalar tez-tez olurdu. Amma son vaxtlar belə tələblər bir qədər səngimişdi. Yerli mətbuatın yazdığına görə, yeni narahatlıq dalğasının səbəbi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşaya səfəri zamanı verdiyi açıqlamalardır.

İlham Əliyev Şuşada İlham Əliyev Şuşada

Qeyd edək ki, son vaxtlar Ermənistanda Azərbaycanın azad etdiyi ərazilərin geri qaytarılması barədə pafos dolu çağırışlar səslənirdi. Belə fikir yaranmışdı ki, Azərbaycan artıq Xankəndi və bir neçə rayonu birdəfəlik itirib və o ərazilər Rusiyanın əlindədir. Putinin “biz status-kvonu saxlayırıq, Qarabağın statusu sonra müzakirə ediləcək” deyə açıqlama verməsi Ermənistanda xəyalların qurulmasına səbəb olmşdu.

Amma İlham Əliyevin açıqlamaları bu mövzuda ictimai rəyi yenidən dəyişdirib. Prezident “statusun cəhənnəmə getdiyini” bir daha xatırlatdı. Həmçinin bütün ərazilərin Azərbaycana məxsus olduğunu bildirməklə yanaşı, ora qanunsuz səfər edən Ermənistan rəsmilərini də hədələdi.

Bundan başqa, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun birgə monitorinq mərkəzi ilə bağlı yeni açıqlaması da o tərəflərdə ümidləri qırıb. Çavuşoğlu Rusiyaya da mesajını verdi. Qeyd edək ki, sülhməramlıların həmin ərazilərə Azərbaycanın razlığı olmadan səfərlərə icazə verməsi qanunsuzdur və Çavuşoğlunun sözlərinə görə, Türkiyə bununla bağlı etirazını Kremlin nəzərinə çatdırıb.

Mövlud Çavuşoğlu Mövlud Çavuşoğlu

Bu detallar bu gün səhərdən başlayaraq Ermənistanda insanların yenidən hökumət binası qarşısına toplaşmasına səbəb olub. “Qoy, oğullarımızı Ermənistana qaytarsınlar və onlar burada xidmətə davam etsinlər” – aksiya iştirakçılarının tələbi bundan ibarətdir.

Daha sonra baş nazir Nikol Paşinyan onlardan bir qrupunu qəbul etməyə razılaşıb. Bildirildiyinə görə, Paşinyan hər hansı təhlükənin olmadığını bildirsə də, valideynlər bununla razılaşmayıblar. Onlar Rusiyanın Qarabağda vəziyyətə tam nəzarət edə bilmədiyini düşünürlər və uşaqlarının başqa ölkənin ərazisində təhlükəyə məruz qalmasını istəmirlər.

Bildirildiyinə görə, Paşinyan bu məsələ ilə məşğul olacağına və onların suallarına aydınlıq gətiriləcəyinə vəd verib.

Görüşdən sonra yerli mətbuata açıqlama verən valideynlər nəticələrdən razı qalmadıqlarını deyiblər. “Görüşdən razı qalmadıq”,- deyə onlar bildiriblər.

Görüşdə iştirak edən valideynlərdən biri jurnalistlərə Paşinyanın ümumi problemlərdən danışdığını deyib: “Suallarımıza cavab almaq üçün baş nazirlə yaxın vaxtlarda yenidən görüşmək barədə razılığa gəldik. Görüşdən razı qalmadıq “.

Xatırladaq ki, yanvarın 8-də hərbi xidmətə çağırılanların valideynləri də Vazgen Sarkisyan İnstitutunun yanında etiraz aksiyası keçirmişdilər. Onlar uşaqlarının Qarabağa göndərilməsinə etiraz etmişdilər. Valideynlər uşaqlarının orada təhlükəsiz olacağına inanmadıqlarını bildirmişdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir