Xarici siyasət

Əliyev Azərbaycan üçün yeni bir zəmin yaratdı – Vazgen Manukyan

Ermənistanın müxalif Vətəni Qurtarmaq Hərəkatından baş nazirliyə namizəd olan Vazgen Manukyan, 11 yanvarda Moskvada imzalanan üçtərəfli bəyanatı Ermənistan üçün növbəti biabırçı məğlubiyyət hesab edib.

XəbərAl.az xəbər verir ki, bu barədə o,  təşkilatın “Facebook” səhifəsində paylaşım edib. O qeyd edib ki, Ermənistan bu görüşdən heç bir müsbət nəticə əldə etmədi. Azərbaycan isə bir daha istədiyini aldı:

“Bütün bunlar Nikol Paşinyanın hərəkətsizliyi üzündən baş verdi. Yanvarın 11-də Əliyev Moskvada konsolidasiya etdi və Azərbaycan üçün strateji əhəmiyyətə malik olan doqquzuncu bəndin həyata keçirilməsi üçün yeni bir zəmin yaratdı. Şübhəsiz ki, Paşinyan baş nazirliyi altında gələcək danışıqların nəticələri də yalnız Azərbaycanı tam qane edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir