Xarici siyasət

Ərdoğan Bakıdakı mərasimə telefonla qatıldı – FOTO

Sharing is caring!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın rəsmi heyətlə Bakıda iştirak etdiyi görüşə telefonla qatılıb.

Bu barədə nazirliyin “Twitter” hesabında qeyd edilir.

O, Qarabağda Ortaq Mərkəzdə fəaliyyət göstərəcək heyyətə müraciət edib:

“Qardaşım, Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi altında 44 gündə dastan kimi qələbə qazandınız. Azərbaycan ordusunu Dağlıq Qarabağın və işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi uğrunda mübarizədə qazandıqları qələbəyə görə təbrik edirəm. Bu qələbə bizi azərbaycanlı qardaşlar qədər sevindirib və qürurlandırıb”.

Ərdoğan 10 dekabrda Azadlıq Meydanında keçirilən qələbə mərasimində Azərbaycan xalqının qürurunu bölüşdüklərini də xatırladıb:

“Qardaş Azərbaycan Qafqaz İslam Ordusunu dualar və sevinc göz yaşları ilə qarşıladığı kimi, Türk Silahlı Qüvvələrini də 10 dekabrda eyni həyəcanla qarşıladı”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir