Xarici siyasət

Rusiya ABŞ və Fransaya Dağlıq Qarabağla bağlı razılaşmalara dair tam məlumat verib

Sharing is caring!

ABŞ və Fransaya Dağlıq Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin razılaşması barədə tam informasiya verilib.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Biz bu günlərdə həmsədrlər, Moskvanı ziyarət edən amerikalı və fransızlarla yaxın təmasdayıq. Mən onlarla görüşürəm, mənim həmkarlarım görüşür. Onlara 9 noyabrda imzalanan müqavilənin son illərdə ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən razılaşdırılmış və dünyada geniş dəstək görən prinsiplərə tam uyğun olduğunu bir daha təsdiqləyən hərtərəfli məlumat verilib”, – deyə S.Lavrov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir