Təhsil

Şamaxının Qaleybuğurd kənd tam orta məktəbini kimlər ağlar günə qoyub? – FOTOFAKT

Sharing is caring!

Xəbəral.az saytına adları şərti olaraq Şamaxı rayon Qaleybuğurd kənd sakinləri tərəfindən şikayət məktubu gəlib.

Sözügedən məktubu sizlərə olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına Surəti: Azərbaycan Respublikası DTX-nin rəisi Əli Nağıyev Cənablarına Surəti: Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyazov Cənablarına Surəti: Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev Cənablarına Surəti: Şamaxı RİHB Tahir Məmmədov Cənablarına Şamaxı rayonun Qəleybuğurd kəndinin 9 nəfər sakinləri tərəfindən Ə r i z ə Cənab Prezident, Sizi kənd sakinləri adından salamlayırıq, Sizinlə qürur hissi keçiririk ki komandanlığnız altında Dağlıq Qarabağ işğaldan azad edildi, kəndimizə asfalt yol çəkdiniz, yeni məktəb binası tikdirdiniz. Lakin Sizə ürək yanğısı ilə bildirmək istəyirik ki məktəbə yeni rus dili müəllimi təyin olunmuş Dilarə müəllimə 2020-ci ilin sentyabrından 2021-ci il iyun ayına qədər uşaqlarımızla cəmi 2 ay məşgul olub. Pandemiyanın təhsilə vurduğu zərbəni başa düşürük. 2020- ci ilin sentyabrından 2021-ci ilin fevralına qədər bütün müəllimlər dərsi onlaynla keçiblər, təkcə Dilarə müəllimdən başqa. O, aprel ayının 1-dən iyun ayının 5-dək məktəbdə olmayıb

. Çəkilən şəkillər bunun doğru olduğunu Dilarə müəllimənin müəllim sənətinə layiq olmadığını sübut edir. Biz yaxşı bilirik ki yazdığımız ərizə Möhtərəm Cənab Prezidentə çatmayacaq. Ona görə də sualımız bu ərizəni oxuyan məmurlaradır. Hörmətli məmurlar, siz də haçansa şagird olmusunuz, həyatınızda şəkllərdəki kimi jurnal görmüsünüzmü, sizin övladlarınıza Dilarə müəllim kimi müəllim dərs deyərsə nə edərdiniz? Məktəbin direktoru Famil müəllimdən dəfələrlə soruşulub ki rus dili müəllimi niyə dərslərdə iştirak etmir. Direktorun konkret cavabı olmayıb. Dilarə müəllimə 2021-ci ilin yanvar ayından 7-ci sinfin sinif rəhbəri təyin edilib. Şəkillərdən göründüyü kimi o sinif rəhbəri kimi yanvar ayından iyun ayının 5- nə kimi jurnalda şagirdlərin siyahısını yazmayıb.

Şagirdlər Dilarə müəllimə nə üçünsə müraciət edəndə o deyirmiş ki mən sizin sinif rəhbəriniz deyiləm. Dilarə müəllimin dediyinə görə o, sinif rəhbərliyinin vəzifə maaşını və Bakıda evdə oturduğu zaman aprel, may və iyun aylarının aldığı maaşların hamısını bankomat kartı Famil müəllimdə olduğu üçün ona çatıb. Dilarə müəllimə deyirdi ki, direktor deyir ki sənin maaşını rayon təhsil şöbəsinə və rayon icra hakimiyyətinə “aylıqlarımı” ödəyirəm. Dilarə müəllimə 2021-ci ilin noyabr ayndan analıq məzunuyyətindədir. Onun əvəzinə rus dili dərslərini Gülşən müəllimə aparıb. Gülşən müəllimə nə qədər çalışsa da proqram materiallarını şagirdlərə çatdıra bilmədi. Nəticədə bu il-2022-ci il buraxılış imtahanlarında 9-cu sinif şagirdlərinin hamısı (6 nəfər), 11-ci sinif şagirdlərinin hamısı (3 nəfər) rus dili imtahanından “2” qiymət aldılar. Bütün bunların hamısına səbəb odur ki Dilarə müəllimə aylarla dərsə gəlmir, Bakıda öz işi ilə məşğul olur, bankomat kartını da Famil müəllimə bağışlayıb ki onun adını analıq məzuniyyətinə qədər məktəbimizdə saxlasın. Famil müəllimin acgözlüyü bununla bitmir, Dilarə müəllimə analıq məzuniyyətinə çıxandan sonra bu ilki 8-ci sinfin sinif rəhbərliyi maaşını Nəzrin müəllimənin adına yazıb götürüb. Ümumiyyətlə, Famil müəllim yerli olmayan müəllimlərin kimya müəllimi Nurməhəmməd (Bakı), inormatika müəllimi Nəzrin (Qəbələ) həftələrlə, hətta aylarla dərsə gəlməmələri üçün havadarlıq edir və onların adına yazılan pulları özü mənimsəyir. Famil müəllim qorxub çəkinmədən həyasızcasına deyir ki vakant yerinə təzə gələn müəllimlərin adına yazdığım əlavə dərslərin pulları və sinif rəhbərinin vəzifə maaşları Şamaxı RTŞ-nin “aylığıdır”. Möhtərəm Prezident, şəkillər ərizəmizin anonim olmadığını sübut edir, sadəcə övladlarımızı Famil-Dilarə-Nəzrin kimi bacarıqsız müəllimlərin və təhsil şöbəsinin məmurlarının təzyiqindən qorumaq üçün şəxsiyyətimizi bildirməmişik. Lakin biz sözümüzü faktlarla yəni şəkillərlə ifadə etmişik. Bir il bundan əvvəl çəkilən şəkilləri indi ona görə üzə çıxarırıq ki, bəlkə Famil və Dilarə müəllimin vicdanı az da olsa (əgər varsa) sızıldayardı, Dilarə müəllimə dərsə gələrdi, direkor da ona nəzarət edərdi, lakin hər şey əksinə oldu. 1-ci sinifdən 11-ci si sinifə qədər sinif jurnallarının rus dili səhifəsi hamısı şəkillərdəki kimi yazılmayıb.

Ərizəmizdəki səhfələrin çox olmaması üçün yalnız 3 sayda şəkilləri göndərməyi məsləhət bildik. Yəni boş səhifələr 2021-ci il il iyunun 5-də, tədris ilinin yekununda Dilarə müəllimə tərəfindən yazılıb. Dilarə müəllimə qədər heç bir şagird rus dilindən buraxılış imtahanından “2” qiymət almayıb. Bəlkə də dövlət öz haqqını Famil-Dilarə-Nəzrin birliyinə halal edəcək, biz valideynlər isə haqqımızı onlara haram edirik. Çox güman ki, yerli aidiyyəti orqanlar Famil müəllimin verdiyi pulların hesabına doğru yoxlama aparmaq əvəzinə bu ərizənin sahiblərinin kimliyi ilə maraqlanacaqlar, günahı aid olmayan şəxslərdə axtaracaqlar. Sizdən xahiş edirik ki hüquq mühafizə orqanları rus dilindən buraxılış imtahanlarından “2” qiymət alan övladlarımızın hüquqlarını bərpa etsin, Famil-Dilarə-Nəzrin birliyi cinayət məsuliyyətinə cəlb olnsun. 8-ci sinfin 2 llik sinif rəhbərliyi və rus dili fənni üçün Dilarə müəllimənin adına yazılmış dövlət vəsaiti ya büdcəyə geri qaytarılsın, ya da şəhid ailələrinə verilsin. Əgər Dilarə müəllim yenidən məktəbdə qalıb işlərsə, ən böyük zərbə övladlarımıza dəyəcək. Sizdən xahiş edirik ki gələcəkdə öladlarımızın yaxşı təhsil alması üçün məktəbimizə yeni layiqli rus dili müəllimi göndərəsiniz. Hörmətlə: 9 nəfər kənd sakinləri

Xəbəral.az yazıda adı çəkilənlərin mövqe haqqını tanıyır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir