Təhsil

SUMQAYIT DÖVLƏT UNIVERSTITETINDƏ IMTAHAN BAZARLIĞI

Sharing is caring!

Sumqayıt Dövlət Universitetinin Riyaziyyat Fakültəsinin əsası 1973-cü ildə Energetika, istehsalat proseslərinin avtomatlaşdırılması və mexanika fakültəsinin yaranması ilə qoyulmuşdur.

1992-ci ildən Avtomatika və mexanika fakültəsi kimi fəaliyyət göstərmiş, Azərbaycan Sənaye İnstitutunun Elmi Şurasının qərarı ilə 1997-ci ildə Mexanika və avtomatika fakültəsinin bazası əsasında yeni Mexanika fakültəsi yaradılmışdır. 2002-ci ildə Mexanika fakültəsi Mexanika-riyaziyyat fakültəsinə, 2006-cı ildə isə fakültədə aparılan struktur dəyişiklikləri ilə əlaqədar olaraq, Mexanika-riyaziyyat fakültəsi Riyaziyyat fakültəsinə cevrilmişdir.

Hal-hazırda fakültənin dekanı ped.f.d. dosent Həsənova Xalidə Sidqəli qızıdır. Fakültədə Xalidə xanımdan başqa elmi dərəcəsi ondan yuxarı olan 5 professor çalışır. Di gəl, Xalidə Həsənova hansısa üstün məziyyətinə görə rektor Elxan müəllim tərəfindən yüksək dəyərləndirilərək dekan vəzifəsinə irəli çəkilmişdir.

Bu günlərdə həmin “üstün məziyyətin” nə olması barədə təsəvvürlərimizi dəqiqləşdirməyimizə kömək edən məlumat aldıq. Bu sətirlərin müəllifinə qohumluğu çatan tələbələrdən birinin verdiyi informasiyay görə, fakültə dekanı Xalidə Həsənova qarşıdakı 6 semestr imtahanından keçmək üçün tələbələrdən ucdantutma hərəsindən 300 manat pul tələb edir. Hətta öz biliyinə güvənən, imtahanı uğurla verəcəyinə əmin olan tələbələrə belə güzəşt olunmur, rüşvət şərti net bir şəkildə ortaya qoyulur. Hətta may ayında fakültənin tələbələri arasında keçirilmiş, ali məktəbin 60 illiyinə həsr olunmuş riyaziyyat olimpiadasının qaliblərinə belə mərhəmət göstərilməyib.

Xatırladaq ki, tədrisin əyani formada aparıldığı fakültədə 657 nəfər tələbə bakalavriat, 41 nəfər isə 6 ixtisas üzrə magistratura pilləsində təhsil alır. Bu hesabla Xalidə Həsənova (657 x 300 = 197100) 200000 (iki yüz min) manata yaxın pul yığmaq niyyətindədir. Bu isə SDU-nu açıq bazara çevirmiş rektor Elxan Hüseynovun “xeyir-duası” olmadan mümkün deyildir.//Deryaz.az//



Mövzunu davam etdirəcəyik

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir