Təhsil

Pirşağı qəsəbəsi 112 saylı tam orta məktəbində “şıdırğı” pul yığımı

Sharing is caring!

8 mart Beynəlxalq qadınlar günündə ölkənin bir çox təhsil müəsissələrində valideynlərdən rüşvət yığımı baş verib

Daxil olan məlumata görə, Təhsil Nazirliyi, Sabunçu rayon Təhsil Şöbəsi Pirşağı qəsəbəsi 112 saylı orta məktəbində rüşvət yığımı əndazəni aşıb. Məlumata görə, məktəbin direktoru Xədicə Babayevanın göstərişi ilə direktor müavini Həsən Bərxudarov valideynlərdən “bayram pulu” yığıb. H.Barxudarov buna etiraz edənlərə pulun icra başçısı Adil Vəliyevə çatdığını bildirib.(gundelik-baku)Məlumatda qeyd olunur ki, X.Babayeva ona bu barədə şikayət edənlərə məsələyə məsul H. Bərxudarovun olduğunu bildirib. Şikayət edən valideynlər 112 saylı məktəbdə rüşvət baxımından vəziyyətin dözülməz olduğunu deyirlər.
Qeyd edək ki, bu məktəbdə 700 nəfərə artıq şagird təhsil alır.//Rublika.az//

Xəbəral.az – a verilən Məlumata görə, adi vaxtlarda da direktor şagirdlərdən 30- 40 manat arası pul yığdırıb Bütün bunların hesabına Xədicə xanımın Pirşağının ən zəngin sakini hesab olunduğu deyilir.

Mənbə bildirir ki, 8 mart ərəfəsində 112 saylı məktəbə 20 manat pul aparan şagird dala qaytarılır, müəllimlər tərəfindən deyilir ki, direktor 30-40 manat istəyir.

Xəbəral.az xəbər verir ki, bu məktəb Xədicə Babayevanın özünə məxsus qanunları ilə idarə olunur.Artıq 112 saylı tam orta məktəbdə Novruz bayramı münasibəti ilə “şıdırğı” pul yığımına başlanılıb.Valideyinlər bildirir ki, bu məktəbdə uşaq oxutmaq üçün aylıq gəlirin minumum 2000- 3000 manat olsun ki, uşağın rahat təhsil alsın.Məktəbdə keçirilən pul yığımına qatılmayan şagirdlər, tədricən məktəbdən təcrid olunmağa başlanılır.

Mövzuya qayıdacağıq…

Qarşı tərəfin mövqe haqqını tanıyırıq

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir