Təhsil

“Məktəblərdə pul yığımı könüllü şəkildə ola bilər” – Emin Əmrullayev

Sharing is caring!

“Kimisə söymək problemi həll etmir. Çox söyüş söyməklə problemi həll etmək olmaz”.

Xəbəral.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin brifinqində nazir Emin Əmrullayev bildirib.

Nazir sosial şəbəkələrdə problemlərin paylaşıldığını, lakin buna söyüş dolu rəylərin gəldiyini və dəfələrlə eyni hadisənin yaşandığını diqqətə çatdırıb.

Emin Əmrullayev məktəblərdə pul yığımlarının qeyri-qanuni olduğunu bildirib:

“Bu, cəmiyyətin xroniki problemidir. Mən oxuduğum müddətdə də belə problem var idi. Dövlətin hamı üçün hər şey etmək imkanı yoxdur. İcbari təhsil pulsuzdur. Rüşvətin əleyhinəyəm. Valideynin əlindəki artıq bir manatı belə təhsilin inkişafı üçün xərcləməsinə imkan yaratmalıyıq. Əgər hansısa pul yığımı olarsa, bu, qaydalar çərçivəsində məcburi yox, könüllü şəkildə olmalıdır. Məktəbə əlavə resurs gəlmir. Təhsil belədir ki, buraya əlavə bir manat da gəlsə, yaxşı nəticə əldə olunur. Lakin bu məcburi olmamalıdır”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir