Təhsil

Təhsil Nazirinin “Cəsarətli”Cəsarət Valehovu İctimaiyyətin suallarından niyə qaçır?-Gəlişmə

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, informasiya əsri olduğundan Azərbaycanda bir çox dövlət qurumları var ki, sosial şəbəkələr və sosial media ilə mütamadi işləyə bilmələri üçün özlərinə savadlı jurnalistlərdən mətbuat katibləri təyin edirlər.Hətta elə məmurlar da var ki, şəxsi nöqsan və neqativlərini ört-bastır etmələri üçün televiziyalardan tanınmış jurnalistləri özünə media sözçüsü təyin edir.


Bir sözlə bugünkü günün tələblərinə uyğun olaraq sosial media və mətbuat xidmətlərinə böyük ehtiyac duyulur.
Elə dövlət qurumları var ki, birbaşa tapşırıq və siyahı ilə sosial media ilə əməkdaşlıq edir, eləsi də var ki, sərbəst, rahat mətbuata açıq şəkildə, fərq qoymadan öz işlərini qurublar.Bu da birbaşa şəffaflığın göstəricisidir.


Amma nədənsə Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsi bizim sadaladıqlarımızın hamısından geridə qalıb.


Xəbəral.az saytı xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehovu nəinki  mətbuat nümayəndələri, heç Təhsil Naziri Emin Əmrullayevin özü belə tapa bilmir.
Cəsarət Valehov o qədər özünə arxayındır ki, telefon zənglərinə belə cavab vermir.Təhsil dövlətin onurğa sütunu sayılsa da, ictimiyyəti, eləcə də bir çox media qurumlarını cavabsız qoyan Cəsarət Valehovun qəbuluna düşmək Təhsil Naziri Emin Əmrullayevin qəbuluna düşməkdən müşkülə dönüb.


Bu da Azərbaycan təhsilini uçuruma aparır.
Biz də Xəbəral.az olaraq kiçik araşdırmamızla belə bir qənaətə gəldik ki, əgər informasiya sektoru vəzifəsini elə Təhsil Naziri Emin Əmrullayev özü idarə edirsə, bəs Cəsarət Valehov kimə lazımdır?


Araşdırmamız davam edir…


Mövzuya qayıdacağıq!

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir