Təhsil

Dövlət və Dövlətçilik Ənənələrinin Sadiq Dəstəkləyicisindən-Leyla İslamqızının jurnalı

Sharing is caring!

DÖVLƏT VƏ DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİNİN SADİQ DƏSTƏKLƏYİCİSİNDƏN

XəbərAl.az xəbər verir ki, Leyla İslam qızının “Böyük Qayıdış” jurnalı işıq üzü görüb

Jurnalın dərc edilməsində əsas məqsəd Ümummilli Liderimiz Heydər Əlirza oğlu Əliyevin memarı və qurucusu olduğu sağlam Azərbaycançılıq mühitində böyüyən sadə bir Azərbaycan vətəndaşı və Onun qurduğu siyasi, iqtisadi və hərbi kursun layiqli davamçısı Möhtərəm Prezidentimiz, Cənab Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyevin sadiq izləyicisi və dəstəkləyicisi olaraq, Onların Vətənimizin, Dövlətimizin və Xalqımızın inkişaf tarixində əvəzsiz xidmətlərini daha da işıqlandırmaq, daim yaşayacağını bir daha vurğulamaqdır.


Dövlət və dövlətçilik ənənələrinə sadiq bir ailədə formalaşan təhsilli gənc olaraq Dövlətə, Vətənə və Xalqımıza xidmətlərimdə qətiyyətliliyin nümayişidir. Qeyd edilənlərlə yanaşı, Ulu Öndərdən və Möhtərəm Prezidentimizdən gördüyümüz sağlam irsi şərəflə yaşatmaq, bizdən sonrakı nəsillərə miras qoymaqla vəzifə borcumuzun layiqincə icra olunduğunu bir daha göstərə bilməkdir.


Nəticədə, təyin edilmiş və uğurla davam etdirilən sağlam kursun, müasir çağırışların gənc nəsillər tərəfindən də izlənilməsi mütləqliliyi missiyasında öhdəçiliyimi anladığımı nümayiş etdirnəkdir.


Sonda onuda qeyd edək ki, Azərbaycançılıq ideologiyasının yaşaması vətəndaşın cəmiyyət və dövlət qarşısında məsuliyyətindən asılıdır. Vətəndaşlıq məsuliyyəti azərbaycançılıq ideologiyası kontekstində geniş anlayışdır. O özündə hüquqi və mənəvi məsuliyyəti cəmləşdirir. Lakin vətəndaşlıq məsuliyyəti daha çox mənəvi məsuliyyətlə bağlıdır. Bu baxımdan azərbaycançılıq ideologiyası həm də vətəndaş məsuliyyətinin güclənməsinə xidmət edir.

Hər bir kəs cəmiyyət qarşısında cavabdehliyini Leyla İslamqızı kimi hiss etməlidir

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir