Təhsil

Təhsil Nazirliyindən payız tətili ilə bağlı AÇIQLAMA

Sharing is caring!

Təhsil Nazirliyi şagirdlərin 2020-2021-ci tədris ili üzrə planlaşdırılan payız tətili ilə bağlı açıqlama verib.

Nazirlikdən verilən məlumata görə, noyabrın 16-dan orta məktəblərdə şagirdlərin beş gün payız tətili olmalı idi. Lakin oktyabrın ortalarında pandemiya ilə əlaqədar şagirdlərə noyabrın 2-dək iki həftəlik tətil verildiyindən noyabrın 16-dan payız tətili olmayacaq.

Noyabrın 16-dan şagirdlər distant formada təhsillərini davam etdirəcəklər.

Nazirlik tərəfindən iki həftəlik tətil verilən zaman onun kompensasiya ediləcəyi açıqlanmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir