Tədbirlər

Rafiq Cəlilov Qarakazımlı kəndində səyyar qəbul-görüş keçirib

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Cəlilabad rayonunda əhalinin problemlərinin öyrənilməsi və yerində həlli məqsədilə səyyar qəbul-görüşlər davam etdirilir.
Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin və kənd sakinlərinin iştirakı ilə növbəti görüş Qarakazımlı kəndində keçirilib. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən işğal altında olan torpaqlarımızın azad edilməsindən, Vətən müharibəsində şəhid olmuş, yaralanmış şəxslərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-abadlıq işlərindən, əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlərdən danışıb, rayonun sosial-iqtisadi inkişafı və aparılan tikinti-abadlıq işləri barədə məlumat verib.
Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verilmişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir