Tədbirlər

Mərhəmət Kimsəsizlərə Yardım” İctimai Birliyi “ ” Vətən Müharibəsində qanı bahasına mübarizə aparmış qazilərə dəstək” layihəsini icra edir.

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, “Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.
Vətən müharibəsi qazilərinə dəstək məqsədi ilə icra olunan bu layihə 2022-ci il aprel ,may aylarını əhatə edəcək.

Məqsəd Vətən müharibəsi zamanı yaralanmış veteranların sosial-psixoloji dəstək tədbirlərinə cəlb etməklə problemlərinin həllinə yardımçı olmaqdır. Layihənin icra ediləcək bölgələrdə sosial-psixoloji yardıma ehtiyacı olan qazilər müəyyənləşdirilir, onlarla ilkin görüşlər keçirilir.
Toplanmış məlumatlar əsasında qruplaşma aparılır, layihənin işçi heyət müəyyənləşib, qazilərə yardım etmək üçün ekspert, hüquqşunas və psixoloq cəlb edilib.
Aprelin 15 də Qəbələ şəhər, Texniki Peşə Məktəbində qazilərlə ilk belə görüş keçirilib. Tədbirdə Qəbələ rayon icra hakimiyyətinin dəstəyi ilə, dövlətin başqa qurumlarının təmsilçiləri işitirak edib. Onlar qazilərin probemlərini dinləyərək yerindəcə onların həllinə dəstək olublar.
Layihə Vətən müharibəsi iştirakçılarına yardım məqsədi ilə həyata keçirilmişdir.Onların ailələrində görüşlərin davamlı şəkildə təşkil edilməsi və TV lərdə çəkilişləri planlaşdırıldı.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir