Tədbirlər

“Şəhid ailələri və müharibə iştirakçıları arasında kiçik sahibkarlığın təşviqi” layihəsi keçirilir – FOTO

Sharing is caring!

Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Optimist Sosial Problemlərin həllinə Yardım” İctimai Birliyi təşkilatı “Şəhid ailələri və müharibə iştirakçıları arasında kiçik sahibkarlığın təşviqi” ilə bağlı layihəyəyə başlanılmışdır. Birlikdən SİA-ya verilən məlumata görə, 01.02.2022 ci il tarixindən etibarən layihə 4 ay müddətində davam edəcək. Layihəyə Bakı şəhərində yaşayan 50 nəfər şəhid ailə üzvləri və müharibə iştirakçıları cəlb edilmişdir. Məqsədi sahibkarlıq fəaliyyətinə aid ən zəruri biliklərin öyrədilməsi, şəhid ailə üzvləri və qazilərimizə dövlət tərəfindən verilən dəstəklərin effektiv istifadəsidir. Bir çox qurumlar bildiyimiz kimi qrant, ianə və imtiyazlı kredit dəstəklərini təqdim edirlər. Bu paketlərdən doğru yararlanmaq üçün aşağıdakı mövzularda təlimlər keçirilir:



Biznes Planın hazırlanması:İşgüzar etiketMaliyyə savadlılığının artırılmasıŞəxsi brendinqTəqdim etmə (prezentasiya)Effektiv danışıqların aparılmasıZamanın idarə edilməsi

Layihə çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan və ya məşğul olmaq istəyən 50 nəfər seçilərək təlimlərə cəlb edilmişdir. Tədrisin effektivliyi üçün iştirakçılar 3 qrupa bölünərək müxtəlif uyğunlaşdırılmış saatlar təqdim edilmişdir. Təlimlər Etika Akademiyası mütəxəsisləri tərəfindən icra edilir.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir