Gündəm Tədbirlər

Nəsimi rayonunda iməciliklər davam edir 

Sharing is caring!

Möhtərəm  Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir guşəsində aparılan geninşmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Bakı şəhəri Nəsimi rayonunda yaşayış sahələrinin, məhəllə və həyətlərin, küçələrin  park və istirahət yerlərinin abadlaşdırılması, ekoloji tarazlığın təmin edilməsi, yaşıllıqların qorunması, yeni yaşıllıq sahələrinin salınması, əhalinin rufahının daha da yüksəldilməsi istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilməkdədir.

Həyata keçirilən layihə çərçivəsində paytaxtımızın mərkəzi rayonlarından olaraq daha da gözəlləşməsi və əhalinin diqqətini yaşıllıqların qorunmasına yönəltmək istiqamətində həyata keçirilən tədbirlər daim nəzarətdə saxlanılır.

01 dekabr 2018-ci il tarixdə rayon ərazisində növbəti iməcilik keçirilmişdir. İməcilik zamanı Cavadxan küçəsi boyunca müxtəlif növ, o cümlədən   500-dən artıq zeytun və badam  ağacları,   H.B.Əliyev küçəsindən H.Seyidzadə küçəsinə qədər sahədə 2000-dən artıq mövcud ağaclara qulluq göstərilmişdir.

Rayonda davamlı olaraq həyata keçirilən yaşıllaşdırma işlərində sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdirirlər. Bu tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. İməclik keçirilən ətrafda yaşayan sakinlər rayon ərazisində aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir