Tədbirlər

Bir ailənin Xalqına və Dövlətinə olan sevgisi – VİDEO

Sharing is caring!

Bir çox yerlərdə olduğu kimi, Gəncə şəhərində də Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə təşkil olunmuş 8 Noyabr ZƏFƏR GÜNÜ adlı tədbir 13-saylı Körpələr Evində keçirildi.

KanalS.az xəbər verir ki, tədbirin təşkil edilməsi uzun illər Dövlət və dövlətçiliyə xidmət edən Əsgərovlar ailəsinin qız övladı, 13 saylı Baxçanın direktoru Pərvanə İmamquliyeva tərəfindən həyata keçirilmişdir.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, Şəhid ailələri və Qarabağ Qaziləri, Universitet tələbələri, sənət adamları, müğənnilər və başqaları iştirak etmişdir.

Maraqlı məqamlardan biri də budur ki, Əsgərovlar ailəsinin Almaniyada yaşayan ailə üzvüləridə bu gözəl ZƏFƏR GÜNÜ adlı tədbirə qatılaraq Berlin şəhərində Azərbaycanlıları başlarına cəm edərək təşkil etdilər.

Bir ailənin Xalqına və Dövlətinə olan sevgi dolu xidmətlərini sizlərə təqdim edirik:

https://bax.tv/sosial-xeberler/bir-ailenin-xalqina-ve-dovletine-olan-sevgisi-148827?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=148827

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir