Tədbirlər

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Abşeron rayonunda şahmat üzrə rayon birinciliyi keçirilmişdir

Sharing is caring!

Abşeron rayon İcra Hakimiyyətinin, YAP Abşeron rayon Təşkilatının və Abşeron rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan yarışda 84 şahmatçı 3 qrup üzrə öz zəkalarını sınamışlar. 3 gün davam edən yarışın sonunda qaliblər müəyyənləşmiş və mükafatlandırma mərasimi keçirilmişdir.

Heydər Əliyev Mərkəzində baş tutan mükafatlandırma mərasimində qaliblər təbrik edilərək bildirilmişdir ki, ölkəmizdə, o cümlədən Abşeron rayonunda idmanın bütün sahələrində olduğu kimi şahmat sahəsində də gənclərin yetişməsinə böyük diqqət yetirilir. Qeyd edilmişdir ki, müstəqil Azərbaycanda idmanın inkişafının təməli Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra respublikamızda idmanın bütün növləri üzrə inkişaf əldə olunmuş və ölkəmiz bütün dünyada idman ölkəsi kimi tanınmağa başlamışdır.

Sonda qaliblər kubok, medal və xatirə hədiyyələri ilə mükafatlandırılmış və xatirə şəkili çəkilmişdir.

  • 2016-cı il təvəllüdlü və daha kiçik yaşlı qızlar və oğlanlar arasında

Oğlanlar arasında:

I yer Tural Nəsirli

II yer Mustafa Kemal Yıldız

III yer Mikayıl Məmmədzadə

Qızlar arasında:

I yer Məryəm Kəlbizadə

II yer Duyğu Rzayeva

III yer Nigar Mirzəyeva

  • 2014-cü il təvəllüdlü və daha böyük yaşlı qız və oğlanlar arasında

Oğlanlar arasında:

I yer Ömər Eyvazlı

II yer Rəşad Bünyadzadə

II yer Ayxan Məmmədov

Qızlar arasında:

I yer Elmina Cabbarova

II yer Zəhra Abbaslı

III yer Aylin Yusifova

  • III dərəcə uğrunda

Oğlanlar arasında:

I yer Mehmet Çitak

II yer Altay Mütəllimov

III yer Bədəlov Emin

Qızlar arasında:

I yer Zəhra Mehdiyeva

II  yer Zeynəb Mehdizadə

III yer İnci Niftəliyeva

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir