manset Tədbirlər

Nəsimi rayonunda vətəndaşların səyyar qəbulu diqqət mərkəzində saxlanılır-FOTOLAR

Sharing is caring!

 

XəbərAl.az xəbər verir ki,Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vətəndaşların müraciərtlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi davamlı olaraq Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır.

Rayonda 2019-cu ilin oktyabr ayı ərzində RİH Başçısı tərəfindən 4 səyyar qəbul keçirilmiş, 600 nəfərdən çox sakinin iştirak etdiyi qəbullarda 27 müraciət dinlənilmişdir. Qaldırılan məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilməklə yanaşı, qaldırılan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat verilmişdir. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri və s. məsələlərlə bağlı olmuşdur.

Qəbullarda Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edilmişdir. Səyyar qəbullarda iştirak edən sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir