Tədbirlər

Şirvanda “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin ərsəyə gətirdiyi sənədli filimin təqdimatı keçrilmişdir – FOTOLAR

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin Şirvan şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ailədən cəmiyyətə yayılan təhlükə adlı” sənədli filiminin təqdimat mərasimi keçirilmişdir.

Təqdimat mərasimi Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində keçirilmişdir.

Tədbirdə “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi, “Mərhəmət evi” Uşaq sığınacağı, sağlamlıq imkanları məhdud uşaqları və eləcə də, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin müəllim və tələbə heyyəti, Şirvan şəhər ziyalıları iştirak etmişdir.
Xəbəral.az – ın məlumatına görə, tədbirdə çıxış edən “Mərhəmət” kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad “Ailədən cəmiyyətə yayılan təhlükə” sənədli filim haqqında geniş məlumat verərək, məhz atılmış küçə uşaqları, valideyn himayəsindən məhrum olmuş uşaqların gündəlik həyatı haqda sənədli filim ərsəyə gəlmişdir.


İradə Polad çıxışında vurğulamışdır ki, bu cür sənədli filimlərin çəkilişi mütamadi olaraq davam etdiriləcək. Bu cür filimlər valideyinlərin övladlara, övladlarında valideyinlərə sevgisini artırmaqda yardımçı olacaqdır.

Əlavə olaraq tədbirdə digər ziyalılarda çıxış edərək bu cür filimlərin gələcəkdə çox olmasını arzu edərək, bu cür sənədli filimin möhtəşəmliyindən bəhs edərək davamlı olmsını arzulayıblar.

Xatırladaq ki, tədbirdə iştirak edən qonaqlar “Ailədən cəmiyyətə yayılan təhlükə” adlı sənədli filimini manitor vasitəsi izləyiblər.

Sonda “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad çıxış edərək sənədli filimin təqdimatı üçün şərait  yaradan Şirvan Şəhər İcra hakimiyyətinə və eləcə də Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin rəhbərliyinə öz dərin təşəkkürünü bildirib.

Hazırladı: Mirismayıl

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir