Tədbirlər

25 saylı məktəbdə “Narkomaniyaya və zərərli vərdişlərə yox deyək” adlı maarifləndirici tədbir keçirilib – FOTOLAR

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, “Narkomaniyaya və zərərli vərdişlərə yox deyək” adlı maarifləndirici tədbir keçirilib.
14 noyabr tarixində Xətai rayonu 25 saylı tam orta məktəbdə məktəbin psixoloqu C.Aytac tərəfindən “Narkomaniyaya və zərərli vərdişlərə yox deyək” adlı maarifləndirmə tədbiri keçirilib. Belə ki, narkomaniya, zərərli vərdişlər və onların insan psixologiyası və fiziologiyası üzərində təsiri, onun zərərləri, asılılıq psixologiyası və narkomaniya ilə mübarizə üsulları barədə 5, 6, 8, və 9 cu sinif şagirdləri maarifləndirilib. Eləcə də məktəbin müəlliməsi Fatimə Hacıyeva narkomaniya ilə bağlı şagirdlərlə diskussiya keçirib. Daha sonra narkomaniya ilə bağlı 8 a ve 5a sinif şagirdləri tərəfindən kiçik bir səhnəcik ve animasiya göstərilib. Səhnəcikdə yeniyetmələrin bu cür vasitələrə əl atmasına nələrin səbəb olduğu və bunun nəticələri, bu və buna bənzər zərərli vərdişlərdən istifadə nəticəsində yeniyetmələrin davranış və psixologiyasında baş verən dəyişikliklər göstərilib. Daha sonra 5 a sinif şagirdləri çıxış edərək zərərli vərdişlərin-alkoqolizmin, siqaretin ve narkotikin insan fiziologiyasına təsirindən danışıblar. Sonda 5 a sinif şagirdi Gülay Cəbrayilzadə Bəxtiyar Vahabzadənin “Həyat sən nə şirinsən” şeiri ilə çıxış edib. Bu şeir ilə həyatın , yaşamağın gözəlliyindən və sağlamlığın qeydinə qalmağın insan üçün əhəmiyyətindən danışılıb.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir