Tədbirlər

“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi Şirvan şəhərində “Uşaq hüquqları ilə bağlı tədbir keçirib – FOTOLAR

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, bu gün “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.

03 noyabr 2022 ci il tarixində “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi, “Mərhəmət evi” Uşaq sığınacağı, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reablitasiya mərkəzi ilə birlikdə tədbir keçirib.
Tədbirdə “Mərhəmət” Kimsəsizlərə Yardım ictimai birliyinin sədri İradə Polad, İB-in yerli kordinatoru Ülviyyə Şahbazova, “Azərbaycan Qadınlarının Haqlarının Müdafiə Mərkəzi” İctimai Birliyinin yerli kordinatoru Pərvin İbrahimova, Şirvan şəhər Gənclər və İdman idarəsinin əməkdaşı Cavid Əliyev, Şirvan şəhər Gənclər evinin psixoloqu Nicat Sərxanov Xəbəral.az saytının Baş redaktoru Mirismayıl Xələfli, Dr.Şəhla Xəlilova iştirak ediblər.

Xatırladaq ki, mərkəzin əsas fəaliyyət növü çətin tərbiyə olunan uşaqlar, valideyn himayəsindən məhrum olunmuş uşaqlardı. Ən əsas məişət fiziki cinsi zorakılığa məruz qalmış uşaqlar, insan alverinin qurbanı olan uşaqlar mərkəzə yerləşdirilmişdir.
Mərkəzdə göstərilən yükəs səfiyyəli xidmətlər bunlardır:

Onların yatılı qalması üçün, yemək, geyim, təhsil, asudə vaxtlarının təşkili, reabiltasiya pedaqoji, psixaloji xidmət öz əksini tapmışdır.
Müəssədə Yerli kordinator, pedaqoq psixoloq, dayə, xadimə, tibbi xidmət, və aşbaz fəaliyyət göstərilir.
Xatırladaq ki, Şirvan regional “Mərhəmət evi” uşaq sığınacağı 24 saat fəaliyyət göstərir, fəaliyyətin ən üstün cəhəti ondan ibarətdir ki, təşkilata heç bir maliyyə dəstəyi yoxdur.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir