manset Tədbirlər

Abşeron rayon Masazır kənd 3 nömrəli məktəbdə Beynəlxalq Müəllimlər günü ilə bağlı tədbir keçirlidi

Sharing is caring!

Bu gün Abşeron rayon Masazır kənd 3 nömrəli məktəbdə Müəllimlər günü ilə bağlı tədbir keçirilmişdir

Bu haqda XəbərAl.az-a məktənin müəlliməsi Aysel Hüseynova məlumat vermişdir. Müəllimlər otağında keçirilən tədbirdə çıxış edən məktəbin direktoru Lalə Quliyeva məktəbin bütün kollektivini,həmçinin onların timsalında bütün müəllimləri peşə bayramları, Beynəlxalq Müəllimlər günü münasibəti ilə təbrik etmiş,onlara tədris ilndə işlərində böyük uğurlar arzulamışdır. Tədbirdə həmçinin məktəbin müəllim kollektivinin digər üzvləri də çıxış etmiş,öz ürək sözlərini bildirmişlər.
Xatırladaq ki,bu gün hər birimizin həyatında əvəzsiz xidmətləri keçən dəyərli müəllimlərimizin peşə bayramını, Beynəlxalq Müəllimlər günü qeyd edirik. Müəllim gününün qeyd edilməsinə 1966-cı ildə YUNESKO-nun qərarı ilə başlanmışdır. O vaxtdan indiyədək dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-i müəllim günü kimi qeyd edilir. Azərbaycanda isə müstəqillik əldə ediləndən sonra bu gün xüsusi qeyd edilməyə başlandı.
Dəyərli müəllimlərimiz hər birinizin bayramınızı təbrik edir, işlərinizdə nailiyyətlər arzu edirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir