Təhsil

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri karantin qaydalarına əməl etmədi – FOTOFAKT

Sharing is caring!

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın 39 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdləri ilə keçirilən görüşdə karantin qaydalarından istifadə etməməsi, maskanı əlində saxlayıb şagirdlərlə söhbət etməsi diqqətimizdən yayınmamaqla yanaşı, eyni zamanda bir neçə sualın yaranmasına da zəmin yaratdı.

Məlum olduğu kimi, ölkəmizdə karantin rejimi hələ ləğv olunmayıb. İctimai yerlərdə də maskadan istifadə etmə tələbi aradan qaldırılmayıb. Maraqlıdır, Məhəbbət xanım bu qaydaları bilə-bilə niyə riayət etmir?

Ölkə prezidenti keçirdiyi görüşlərində karantin qaydalarına ciddi riayət edir. Hətta bir neçə gün əvvəl Ukrayna prezidenti ilə görüşdə, mətbuat konfransında da maskadan istifadə etdi.

Ölkənin birinci şəxsi bu qaydalara əməl edirsə, bəs niyə BŞTİ müdiri niyə şagirdlər qarşısında maskasız çıxış edir?

Xəbəral.az olaraq BŞTİ müdiri Məhəbbət Vəliyevaya ünvanladığımız sualın verəcəyi cavabı da dərc etməyə hazırıq. //Analoq.az//

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir