Təhsil

Müəllimdən Təhsil Nazirinə sərt sözlər: Nazir olaraq bir dəfədə olsa – bir düz əməlli, qətiyyətli addım atın!

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, gənc müəllim Elnur Qasımov öz sosial şəbəkə hesabında Təhsil Naziri Emin Əmurullayevdən giley dolu yazı paylaşıb.

Müəllim Elnur Qasımov

Həmin yazını sizlərə təqdim edirik.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə Azərbaycan umtəhsil məktəbinin müəllimindən açıq məktub

Mən müəllim Elnur Qasımov yazıb sizə bildirirəm ki, rayonlarda kütləvi xəstəliklər yayılıb, məsələn mən özüm bu dəqiqə çox pis durumdayam, Bakıdayam, imkanım yoxdur həkimə getməyə, evdə özümə Türkə çarələrlə müalicə etdirirəm, boğazım ağrıyır, üşüdürəm, titrədirəm. Ömrümdə ilk dəfədir belə xəstələnirəm. Elə bil boğazıma zəhər tökülüb. Nə düz əməlli öskürə bilirəm nədə udğuna bilmirəm. İki gündür boğazımın və canımın ağrısından hətta gecələr yatada bilmirəm. Odur ki, Səhiyyə Naziri cənab Teymur bəy İnsanların bu kütləvi xəstəliyi barədə bir təbdir görün, bir müəllim olaraq Təhsil Naziri Emin Amrullayev müəllim sizə müraciət edirəm, məktəbləri 10 günlük nə bilim bir aylıq könüllü edin ki, xəstələnmiş müəllim və şagirdlər evdə oturub rahat şəkildə müalicə və müayinə olunsunlar. Bunu ona görə deyirəm könüllü edin, çünki xəstə ola – ola məktəbə gedən çox sayda müəllim və müəllimələr var ki, evdə qalmırlar, ona görə qalmırlar ki, gərək məktəbə gedəndə bülleten kağızı aparsınlar. Bu isə üç – beş manat maaş alan Azərbaycan müəlliminə qətiyyən sərf etmir.

Azərbaycan müəllimlərin elə vəziyyətə salmısınız ki, xəstəliyi ola – ola belə qorxusundan xəstə olduğun demir. Nə var ki, məktəb rəhbərliyi deyəcək get bülleten gətir. Əslində siz Nazirsiz bilməmiş olmarsınız, ancaq mən yenədə qeyd edim ki, bilmiyənlərdə bilsin. Bülletendə olan müəllimlər bəzən iki ay bəzəndə üç ay əmək haqqın vaxtında ala bilmirlər. Bu isə o müəllimlərin ailələrinə necə təsir edir vəya edər yəqin ki, çox yaxşı anlayırsınız…

Bir Təhsil işçisi kimi sizdən xahiş edirəm, nəhayət Nazir olaraq bir dəfədə olsa – bir düz əməlli, qətiyyətli addım atın !

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.