Təhsil

Əli Həsənovun adamı Təhsil nazirinin MÜŞAVİRİ OLDU

Sharing is caring!

Bu günlərdə Təhsil naziri Emin Əmrullayev iki yeni kadr təyinatı edərək Həsən Həsənli Aparat rəhbəri, Elnur Əliyev isə müşavir vəzifələrinə gətirib.

İlk baxışdan sıradan bir kadr dəyişikliyi hesab olunsa da nazirlikdə mühüm postlara gətirilənlərin kimliyi maraq doğurur. Nazirin müşavir təyin etdiyi Elnur Əliyev indiyə qədər Kaspi Təhsil Şirkətinin baş direktoru vəzifəsində çalışıb. Ümumiyyətlə Kaspi adlı şirkətlərin Prezidentin keçmiş köməkçisi Əli Həsənova və ailə üzvlərinə məxsus olması barəsində mediada çoxsaylı məlumatlar verilib. Elnur Əliyev də ailənin təhsil projelərinə rəhbərlik edən şəxs kimi tanınıb. Eyni zamanda Ə. Həsənovun Azərbaycanda FETO-çuların təşkilatlanmasında, təhsil sistemində möhkəmlənməsində böyük rol oynaması barəsində də çeşidli məlumatlara rast gəlmək olar. Məlumatlara görə E.Əliyev də FETO-çularla sıx əməkdaşlıq etmiş,onların təhsil sahəsində bir çox layihələrinin reallaşmasında xüsusi rol oynamışdır. Təəssüf hissi ilə bildiririk ki, media portallarında və yaxud istənilən halda bu barədə E.Əliyevin heç bir təkzib və ya hər hansı bir münasibətinə rast gəlmədik. Qarşı tərəf kimi onun da mövqeyini dərc etməyə hazırıq. 

Qeyd etmək yerinə düşər ki, E.Əmrullayevin də FETO-çularla sıx əlaqələri olması haqqında medyada məlumatlar verilsə də nazir bu barədə hər hansı təkzib verməyib və ümumiyyətlə susmağa üstünlük verib. Həmçinin onun da karyera yüksəlişində Əli Həsənovun böyük rol oynadığı bildirilir. Bu qənaətə gəlmək olar ki, cənab nazir Əli Həsənovun kadrlarını nazirlikdə mühüm postlara gətirməyə başlayır. Bu söhbəti çözələdikcə isə göründüyü kimi ucu çoox uzaqlara gedib çıxır. 

Digər bir təyinat isə Həsən Həsənlinin Aparat rəhbərliyinə gətirilməsidir. H.Həsənli daha öncə Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazirin müşaviri və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrini icra etdiyi üçün sistemə heç də yad birisi hesab oluna bilməz. 30 yaşlı mütəxəsisin belə bir məsul vəzifəyə təyin olunmasını gənclərə göstərilən etimad kimi təqdir etmək də olar. Amma etiraf etmək gərəkdir ki, təhsil sistemində uzun illər oturaqlaşmış, söz sahibi olan müxtəlif qruplaşmalar mövcuddur. Özünü “portfelsiz nazir” hesab edənlər də kifayət qədərdir. Bu qədər mürəkkəb bir sistemdə çox gənc bir kadrın belə məsuliyyətə qatlaşması hələ tez deyilmi? Təhsil sistemində bəzən islahatlara belə mane olan “kötüklər”in qarşısında dayanmaq H.Həsənli üçün çətin olmayacaqmı?

Hər halda hər şeyi əlahəzrət zaman göstərəcək.

NİCAT MAHMUDOV
Rubrika.Az

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir