Təhsil

DİM imtahan keçirir

Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci il aprelin 11-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün Bakı və Gəncə şəhərlərində test imtahanları təşkil olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 5, Gəncədə isə 1 binada keçirilir. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 411, BB qrupu üzrə 960 olmaqla, ümumilikdə 1371 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 6 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 130 nəzarətçi müəllim, 12 buraxılış rejimi əməkdaşı ayrılıb.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir