Tədbirlər

Göyçayda şəhidləri ziyarət olundu.

Sharing is caring!


“Göyçay” qəzetinin təşkilatçılığı ilə Birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan Göyçaylıların uyuduğu şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsi veteranları ilə görüş keçirilib. Görüşdən əvvəl qəhrəman şəhidlərimiz ziyarət olunub.Hüquqşünas, jurnalist Anar Nağıyev Qarabağ müharibəsinin tarixinə diqqət çəkərək, 1988 ci ildən başlanan ermənilırin xalqımızın başına gətirdiyi müsibıtlərdən danışıb. Birinci Qarabağ müharibəsi zamanı pərakəndə şəkildə Vətən uğrunda düşmənlə üz – üzə duran mərd oğullarımızın şücaətindən məlumat verərək, 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın azad olması uğrunda 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruq” əməliyyatı nəticəsində Azərbaycan ordusunun zabit, əsgər heyyətinin qəhrəmanlığına diqqət çəkərək, xalq iqtidar birliyindən, Prezident sərəncamına səs verən könüllülər ilində vətənpərvərlik ruhunun yüksək aşılanmasının şəxsən Göyçayda əyani şəkildə gördüyünü, 27 sentyabr 2020 ci ildə ilk şəhidimiz Zamiq Əhmədovdan son şəhidimiz olan Qalib ordunun Şəhid polkovniki Babək Səmidlinin dəfninə kimi vətəndaş məmur birliyindən, Zəfər qələbəsi nin qazanılmasında, tarixə qızıl hərflərlə yazılmasından, bu gün dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğıdan geniş məlumat verdi.
Göyçay şəhər 7 saylı tam orta məktəbin direktor müavini, tarixçi, araşdırmaçı, AYB in üzvü,şair, Xocal tanıtım ictimai birliyinin Şirvan regionun kordinatoru Aqil Kəngərli çıxış edərək Azərbaycan tarixində dönüş nöqtəsi olan, tarix yazan qəhrəmanlarımız barədə danışaraq, Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətindən, xarici jurnalistlərə Vətən müharibəsində verdiyi müsahibələri xatırladaraq,şəhid Allahdan rəhmət, qazilərə şəfa arzuladı.
Birinci Qarabağ müharibəsi döyüşçüsü, 706 hərbi hissənin 3 cü batalyonun komandiri olan Dağbəy Məhyədinov
çıxışında Birinci Qarabağ müharibəsi zamanı baş verən hadisələr barədə məlumat verərək, 1992 – 93 cü illərdə rəhbərlik etdiyi batalyon igid dötüşçülıeindən, şəhidlik zirvəsinə yüksələn qəhrəmanlardan, 2020 ci ildə qazanılan qələbədə gənclərin vətənpərvər olaraq böyüməsindən danışdı. Keçmiş komandir Azərbaycanın əldə etdiyi hərbi gücü yüksək qiymətləndirərək, Göyçay rayonunda şəhid ailələrinə və qazilərə, veteranlara göstərilən diqqətə görə rayon rəhbərliyinə veteranlar adından təşəkkürünü bildirdi.
Həmyerlimiz Qarabağ müharibəsi döyüşçüsü olan 1992 ci ildə könüllü olaraq 706 cı hərbi hissəyə gedərək, düşmənlə döyüşlərə qatılan, 1993 cü ildə Qubadlı, Hadrut, 1994 cü ildə Qubadlı, 1994 cü ilin yanvarlnda Ağdam uğrunda gedən döyüşdə olan, fevralında isə Fizuli istiqamətində yaralanan Məmməd Məmmədli Göyçay rayonunda bütün şəhidlərimizə verilən yüksək qiyməti görüş iştirakçılarına bildirdi. Bu gün ziyarət olunan şəhidlər xiyabanında uyuyan qəhrəmanların daim ziyarət olunmasının mənəvi borc olduğunu vurğulayan Qarabağ müharibə veteranı bu günkü görüşün nümunəvi bir adım olduğunu qeyd etdi.
Göyçay informasiya agentliyinin redaktoru Səbuhi Eltonlu Vətən müharibəsində şəhid olan jurnalistlərimizin ildönümündə onların ölkəmizdə ehtiram və hörmətlə yad edildiyini diqqətə çatırdı.
Sonda görüş iştirakçıları birgə xatirə fotosu çəkdirdilər.
Qeyd edək ki, tədbirdə Birinci və ikinci Qarabağ müharibəsi veteran, qazilər, Şəmkir, Quba, Mingəçevir, Şirvan, Sabirabad, Hacıqabul, Masallı, Yevlax, Sutızın rayonlarından gələn müharibə döyüşçüləri, Göyçay rayon ictimaiyyət nümayəndələri, gənclər, mətbuat nümayəndələri iştirak edirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir