Tədbirlər

“Müharibə sonrası travmalar və onların aradan qaldırılıma yolları”
adlı seminar təşkil olunmuşdur.

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, 28 may 2022-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında Paşa Siğortanın (PASHA Insurance) maliyə dəstəyi, “Birgə və Sağlam” İctimai Birliyi, PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Müharibə sonrası travmalar və onların aradan qaldırılması yolları” adlı seminar təşkil edilmişdir.
Tədbirdə millət vəkilləri Ceyhun Məmmədov və Vüqar İskəndərov, Nərimənov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Birgə və Sağlam” İctimai Birliyinin sədri və PM Akademiyanın həmtəsisçisi Aytən Eynalova, “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli, XəbərAl.az saytının rəhbəri Mirismayıl Xələfli, “Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin sədri Ədhəm Məmmədov, şəhid ailələri və qazilər iştirak etmişdir.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Seminarın açılışında çıxış edən Aytən Eynalova təşkil olunan seminarın 28 May Respulika Günündə və 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ərəfəsində təşkilinin əhəmiyyətini qeyd etmişdir. Seminarın mövzusu olan 44 günlük Qarabağ Müharibəsindən sonraki dövürdə təkcə müharibə iştirakçıları deyil eyni zamanda şəhid və qazilərin ailə üzvləri və onların övladlarınında ciddi travmalar yaşadığı diqqətə çatıdırılmışdır. Seminarın təşkilinin əsas məqsədi də belə travmaya məruz qalmış həm böyüklərin, həm də uşaqlaırn bu vəziyyətdən çıxa bilmələri üçün yolların təqdim olunmasından ibarət olduğu diqqətə çatıdırılmışdır. Daha sonra millət vəkilləri Ceyhun Məmmədov və Vüqar İskəndərov mövzu barəsində öz fikirlərini bölüşmüş, tədbirin mahiyyətinin nə qədər önəmli olduğunu vurğulamışlar. “Birgə və Sağlam” İctimai Birliyinin Autizm Spektr Pozuntusu diaqnozlu yetirməsi Əlisahib Bayramov Vətən Balladası və Sevgi valsı əsərlərini qonaqlara ifa etmişdir. Daha sonra Türkiyənin tanınmış mütəxəssisi Psk.Dr. Nevin Dölek iştirakçılara müharibə sonrası travmalar və onların aradan qaldırılma yolları haqqında geniş məlumat vermişdir.
Sonda isə şəhid ailələri və qazilərin seminarda müzakirə olunan məsələslər haqqında fikirləri öyrənilmiş, xatirə şəkili çəkilmişdir.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.