Tədbirlər

Peşəkar idmançı Aslanov Nurlan Dilqəm oğlu kimdir?

Sharing is caring!

Gəlin birgə tanıyaq.
Hələ uşaq vaxtlarından idmana böyük həvəslə yanaşan Nurlan Aslanov bu gün böyük bir Federasiyanın Prezidentidir.

Xebernur.info xəbər verir ki, 2018-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən Nurlan Aslanov “KUNG-FU” FEDERASİYASINA Prezident təyin edilir.

Nurlan Aslanovun Federasiyaya gəlişi bir çox dəyişikliklərlə yadda qaldı.

Şəxsi vəsaiti ilə Federasiyaya minlərlə idmançı kütləsi cəlb edərək idmançılara təlim məşqləri keçmək üçün yüksək səviyyədə şərait yaradır.

Federasiyanın özəlliklərindən biridə odur ki, burada bir çox idman növləri ilə məşğul olan idmançılar var.
Buda idmana və idmançılara böyük töhfə verir.

Dahi şəxsiyyət mərhum Ulu Öndər Heydər Əliyevin “Kim ki, idmana və idmançıya dəstəyi olur, o sanki mənə dəstək olur, kimi ki, idmana və idmançıya mane olur, o sanki mənə mane olur” adlı şüarını əlində bayraq tutaraq bir nailiyyətlər əldə edir.

Onun bir amalı var. Yetişdirdiyi idmançıları dünya arenasında Azərbaycan himnin səsləndirməklə yanaşı üç rəngli Bayrağımızı zirvələrə ucaltmaq.

Onun yadda qalan əməllərindən biridə 44 Gün Qarabağ Torpaqları uğurunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalan və Qazi adına layiq görülən igidlərin övladlarına bu Federasiyada göstərdiyi qayğı və diqqətdir.

Onuda xatırladaq ki, Nurlan Aslanov Avropa Çempionatının gümüş mükafatçısı və dünya çempionudur.

O, ölkə prezidenti tərəfindən fəxri fərmanla təltif olunub.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.